Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya" İB-dən bayram hədiyyəsi

"Azərikimya" İB-dən bayram hədiyyəsi


"Azərikimya" İstehsalat Birliyinin kollektivi xalqımızın və bütün türk dünyasının ən sevilən bayramı olan Novruz bayramı ərəfəsində respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi ilə birgə Sumqayıtda yaşayan 200 nəfərə yaxın ahıl insana bayram ovqatı bəxş edib.

"Ramiz" şadlıq sarayında QAC Sumqayıt şəhər şöbəsinin əməkdaşları və könüllülərin köməkliyi ilə bayram süfrəsi açılıb.

Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, QAC Sumqayıt şəhər şöbəsinin sədri Mətanət Məhərrəmova və Sumqayıt şəhər İH-nin məsul işçisi Fərman Kazımov çıxış edərək Sumqayıtın qurucuları olan ahılları bayram münasibətilə təbrik edib, onlara bundan sonrakı həyatlarında da sağlam can və sevinc dolu günlər arzulayıblar.

Bayramlarını canli musiqi sədaları altında gözəl rəqslərlə, xoş əhval-ruhiyyə ilə qeyd edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə dərin minnət­darlıqlarını bildiriblər.

Tədbirin sonunda ahılların hər birinə "Azərikimya" İB və QAC Sumqayıt şəhər şöbəsi tərəfindən bayram sovqatı təqdim olunub.

"Azərikimya" İB-dən bayram hədiyyəsi

"Azərikimya" İB-dən bayram hədiyyəsi

"Azərikimya" İB-dən bayram hədiyyəsi

"Azərikimya" İB-dən bayram hədiyyəsi

"Azərikimya" İB-dən bayram hədiyyəsi





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR