Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Xeyriyyə Yarmarkası keçirilir

Xeyriyyə Yarmarkası keçirilir


Dekabrın 3-dən 2015-ci il yanvarın 4-dək “NARGIS” Nəşriyyat Evinin təşkilatçılığı ilə Fəvvarələr Meydanında “Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi” adlı Yeni İl Xeyriyyə Yarmarkası keçiriləcək.
Həmin günlər ərzində siz bayram ab-havasından həzz alaraq, yarmarkanın məşhur qonaqları ilə ünsiyyətdə olmaq imkanı qazanacaq, suvenirlər, şirniyyatlar və digər hədiyyələr əldə edə biləcək, əsl qış möcüzəsini hiss edəcəksiniz!
Sürprizlərlə dolu yarmarkada həm uşaqları, həm də böyükləri müxtəlif əyləncələr gözləyir!
Hər gün yeni il hitlərinin sədaları altında “NARGIS” Nəşriyyat Evinin heyətinin, yarmarkanın daimi dostlarının və tərəfdaşlarının təqdim etdiyi əyləncələrə qatılaraq, möcüzənin bir hissəsi olacaqsınız.
Yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Bu il “NARGIS” fondu “Qocalar evi” və ağır xəstəlikdən əziyyət çəkən bir neçə uşağa yardım əlini uzadacaq.
Daha ətraflı məlumatı nargismagazine.az və buro247.az saytlarında əldə edə bilərsiniz. Hər birinizi bu gözəl və şən yarmarkaya dəvət edir, xeyriyyə aksiyasına qoşulmağa çağırırıq!





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR