Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda BP Şirkətinə qarşı iddia qaldırılıb

Azərbaycanda BP Şirkətinə qarşı iddia qaldırılıb


2015-ci il 5 mart tarixində Xəzər dənizində “İstiqlal” Üzən Dəniz Qazma Qurğusundan “Ultradril” su əsaslı qazma məhlulunun quyunun qazılması zamanı dənizə axıdılması faktı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən operativ qaydada ekspedisiya təşkil edilmiş və hadisə yerində araşdırma aparılıb.

"YeniSumqayit.az"ın Nazirliyin saytına istinadla verdiyi xəbərə əsasən, araşdırma zamanı müəyyən edilib ki, qazma prosesində texnoloji prosesin tərkib hissəsi olan boru kəmərinin quyuya endirilməsi zamanı texnoloji reqlament normalarının pozulması nəticəsində su əsaslı qazma məhlulu 530 metr dərinlikdə dənizin dibinə dağılıb.

Nazirliyin əməkdaşları tərəfindən məhlul axıdılan yerdən və axıdılma mənbəyinin ətrafından nümunələr götürülüb, ekotoksikoloji və analitik təhlillər aparılıb.

Təhlillərin nəticəsinə görə dənizin neft və digər toksiki maddələrlə çirklənməsi aşkarlanıb, lakin qazma məhlulunun tərkibində aşağı toksikliyə malik maddələrin olduğu müəyyən olunub.

Faktla əlaqədar BP Şirkətinə qarşı 12300 manat məbləğində iddia qaldırılıb.

Məlumat üçün bildiririk ki, hələ 2000-ci illərin əvvəllərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi BP-yə və Azərbaycanda qazma işləri aparan digər təşkilatlara sintetik əsaslı orta və yüksək toksikliyə malik kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. BP-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir.

ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizində fəaliyyət göstərən karbohidrogen hasilatı ilə məşğul olan obyektlərdə mütəmadi olaraq monitorinq işlərini davam etdirir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR