Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda aztəminatlı ailələrə bayram sovqati paylanılıb (FOTOLAR)

Sumqayıtda aztəminatlı ailələrə bayram sovqati paylanılıb (FOTOLAR)


"Azərikimya" İB-nin kollektivi Novruz bayramı ərəfəsində aztəminatlı ailələr və əlillər cəmiyyətlərinin üzvləri ilə görüşüb.

"Azərikimya" İstehsalat Birliyinin kollektivi xalqımızın və bütün türk dünyasının ən əziz və ən gözəl bayramlarından olan, insanları əmin-amanlığa, birlik və həmrəyliyə, saflığa və təmizliyə səsləyən Novruz bayramı ərəfəsində Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının üzvləri, Şəhid ailələri və Qarabağ əlillərinin “Rahib” Xeyriyyə Cəmiyyətinin, Respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, şəhərin aztəminatlı ailələrinin uzvləri, həmçinin Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyatında olan bir qrup insanlarla görüşüb.

Görüşdə imkansiz ailələrin və əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanılıb, onların arzu və istəkləri dinlənilib.

Novruz bayram münasibətilə "Azərikimya" İB tərəfindən 1000 nəfərdən artıq şəhid, əlil və veteran ailələrinə, həmçinin aztəminatlı insanlara bayram sovqatı paylanılıb.

Sumqayıtda aztəminatlı ailələrə bayram sovqati paylanılıb (FOTOLAR)

Sumqayıtda aztəminatlı ailələrə bayram sovqati paylanılıb (FOTOLAR)

Sumqayıtda aztəminatlı ailələrə bayram sovqati paylanılıb (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR