Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində Novruz bayramı qeyd edilib

Sumqayıt Dövlət Universitetində Novruz bayramı qeyd edilib


Sumqayıt Dövlət Universitetində Novruz bayramı qeyd edilib.

"YeniSumqayit.az"ın SDU-nun Mətbuat Xidmətinə istinadla verdiyi xəbərə əsasən, tədbir martın 17-də təşkil edilib.

Universitetin foyesində tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunduqdan sonra tədbir “Gənclik kafesində” davam etdirilib.

Tədbiri universitetin rektoru Elxan Hüseynov açaraq, bayram münasibətilə iştirakçıları təbrik edib. Rektor qeyd edib ki, min illərlə tarixə malik olan Novruz təkcə təbiətin oyanışının, bəşəriyyətin yaranışının təcəssümü deyil, həm də insanların ümidlənməsinə, niyyətlənməsinə şərait yaradan bayramdır.

Novruz bayramının əsrlərdən bəri Azərbaycanda qeyd olunduğundan danışan rektor onun xalqımızın ən əziz bayramlarından biri olduğunu vurğulayıb və bu bayramın qeyd olunması tarixinin qədim zamanlara gedib çıxdığını söyləyib. Novruz bayramı ilə bağlı olan adət-ənənələrin azərbaycanlılar üçün doğma olduğunu və dünyanın hansı guşəsində olmasından asılı olmayaraq hər bir azərbaycanlı tərəfindən Novruz bayramının qeyd olunmasının milli adət və ənənələrimizin qorunub saxlanılması baxımından vacib olduğunu qeyd edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində bayramın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi, 2010-cu ildən etibarən isə BMT Baş Məclisinin 21 Mart tarixini Beynəlxalq Novruz bayramı elan etdiyi qeyd edilib.

Tədbirdə universitet tələbələrinin ifasında folklorumuzu, yaz fəslini və novruz bayramını özündə tərənnüm etdirən xalq mahnıları, bayatıları, rəqsləri və şeirləri tədbir iştirakçılarının zövqünü oxşayıb.

Milli üslubda bəzədilən səhnə, Novruz bayramı üçün xarakterik olan zəngin xonçalar, müxtəlif şirniyyatlar, novruz personajları olan Keçəl və Kosanın gəlişi hamıda xoş ovqat yaradıb və bayramın rəngarəngliyini daha da artırıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR