Sumqayıtda hava

Cəmiyyət

Valeh Kərimovun doğum günüdür

Valeh Kərimovun doğum günüdür


Martın 20-si Azərbaycanın xalq artisti Valeh Kərimovun doğum günüdür. Bu gün onun 71 yaşı tamam olur.

Хalq artisti bildirib ki, o doğum gününü qeyd etmir:
"Bu yaşda nə ad günü? Biz daha qocalmışıq. Ötən il 70 yaşım tamam oldu. Heç yubileyimi qeyd etmədilər. Mən çoxdandır ad günlərimi qeyd etmirəm. Bu gün yəqin ki, dostlarım zəng edəcək, təbrik edəcək. Vəssəlam. Bu yaşdan sonra ən yaxşı ad günü insanın can sağlığıdır. Hər kəsin bayramını təbrik edirəm və sizə xoşbəxtlik arzulayıram".

Qeyd edək ki, Valeh Kərimov 1944-cü ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra aktyor taleyini Sumqayıt Teatrı ilə bağlayıb.

1990-cı ildə Azərbaycan Respublikasının əməkdar, 2000-ci ildə isə xalq artisti fəxri adına, həmçinin, Prezident mükafatına layiq görülüb.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

V.Kərimov rejissor kimi də fəaliyyət göstərir. Teatrda işlədiyi dövrdə 70-ə yaxın obrazı canlandırıb. Amma geniş tamaşaçı kütləsi Valeh Kərimovu Vaqif Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında ifa etdiyi Moşu obrazı ilə sevib.

Report.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR