Sumqayıtda hava

Hadisə

Avtobus sürücüsünü bıçaqlayan şəxsə 9 İL HƏBS

Avtobus sürücüsünü bıçaqlayan şəxsə 9 İL HƏBS


Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törədən Mehdi Yusifovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Yusifov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 1-də baş verib. Abşeron rayonu Novxanı qəsəbəsinin sakini, 32 yaşlı Mehdi Yusifovun marşrut avtobuslarının birində konduktor işləyən Anar adlı şəxslə zarafat etməsi sonda cinayətlə nəticələnib. Konduktorun işlədiyi sərnişin avtobusunun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Bu irad isə Mehdi Yusifovun acığına gəlib.

Mehdi özündə olan cib bıçağı ilə Elçinə bir neçə zərbə vurub. Elçin aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Mehdinin zarafat etdiyi Anar əslində nitqi qüsurludur. Elə zərərçəkmiş Elçinin söhbətə müdaxilə etməsi də bununla bağlı imiş. Mehdi Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR