Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda səyyar xidmət keçirilib

Sumqayıtda səyyar xidmət keçirilib


Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində Laçın, Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa rayonlarının şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş sakinlərinə və orta ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdlərinə bu sənədlərin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

"YeniSumqayit.az"ın Nazirliyin Mətbuat Xidmətinə istinadla verdiyi xəbərə əsasən, martın 19-da keçirilən tədbir zamanı 364 sakinin müvafiq sənədləri qəbul edilib, həmçinin 336 yeni şəxsiyyət vəsiqəsi sahiblərinə təqdim edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR