Sumqayıtda hava

Manşet, Hadisə

Yəhudi İcması rəhbərinin evindən oğurluq etdilər

Yəhudi İcması rəhbərinin evindən oğurluq etdilər


"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, 2014-cü il dekabrın 6-da saat 06:00 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin “isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar.
Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

(mia.gov.az)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR