Sumqayıtda hava

Cəmiyyət

Azərbaycan haqqında qorxunc statistika

Azərbaycan haqqında qorxunc statistika


Tütün Azərbaycan xalqının sağlamlığına, maddi vəziyyətinə və onun ruhuna ciddi ziyan vurur. Ölkədə hər il 8 min 400-dən çox insan tütün məmulatlarının səbəb olduğu xəstəliklərdən ölür. Bununla belə Azərbaycanda hal-hazırda yetkinlik yaşına çatmamış 3 min uşaq və yetkinlik yaşına çatmış 1 milyon 628 min insan hər gün siqaret çəkməyə davam edir.

Bu statistika Dünya Ağciyər Fondunun hazırladığı məlumatda göstərilib. "Tobaccoatlas.org" saytının yerləşdirdiyi həmin məlumatda həmçinin bildirilib ki, ölkəmizdə tütün sənayesi getdikcə inkişaf edir. "Buna görə də tütün məhsulları ildən-ilə daha çox can alacaq".

Fond məhz bu səbəbdən Azərbaycanda tütünə qarşı mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. "Bu ölümcül mübarizədə tütünün istifadəsinə qarşı olan qurumlar öz səylərini daha da gücləndirmək üçün digər ictimai təşkilatlarla birləşməlidirlər", - deyə məlumatda yazılıb.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR