Sumqayıtda hava

Cəmiyyət

Sarkisyan: "Azərbaycanlılar ermənilərdən daha ləyaqətlidirlər."

Sarkisyan: "Azərbaycanlılar ermənilərdən daha ləyaqətlidirlər."


"Bəzi türklər və azərbaycanlılar bəzi ermənilərdən daha ləyaqətlidirlər".

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mediaforum zamanı iştirakçıların suallarını cavablandırarkən bildirib:
"Bizim çətin tarixi dönəmlərimizdə çox hallar olub ki, bəzi türklər və azərbaycanlılar özlərini bəzi ermənilərdən daha ləyaqətli aparıblar. Tarixdə belə faktlar çoxdur. Bu çox mühüm amildir".

Qeyd edək ki, 18-23 mart tarixlərində keçirilən mediaforumun əsas mövzusu qondarma erməni soyqırımıdır.

Söhbət zamanı Ermənistan-Türkiyə protokollarına toxunan Serj Sarkisyan, onların parlamentdən geri götürülməsinin hələ son olmadığını bildirib:
"Mən protokolları parlamentdən geri götürmək qərarına gəldim. Lakin bu o demək deyil ki, biz Türkiyə ilə mümkün barışıqdan imtina edirik".

O bildirib ki, protokollar əsasən Azərbaycan amili səbəbindən təsdiq edilməyib:
"Mən əminəm ki, Azərbaycan amili olmasaydı, protokollar artıq çoxdan imzalanmışdı".

REPORT.AZ





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR