Sumqayıtda hava

Cəmiyyət

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı Bakıda

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı Bakıda


Türkiyə ərazisindən keçərək İŞİD-ə qoşulmaq istəyən şəxslər gəldikləri ölkələrə geri qaytarılıb. Geri qaytarılanlar arasında bir azərbaycanlı da var.

Son 15 gün ərzində Türkiyənin İstanbul Atatürk və Sabiha Gökçen hava limanlarında 34 nəfər saxlanılıb. Onlar 17 müxtəlif ölkənin vətəndaşları olublar. Saxlanılanlardan biri də Azərbaycan vətəndaşı olan Rövşən Oruczadədir.

Həmin şəxslər Türkiyənin Milli İstihbarat Təşkilatının keçirdiyi əməliyyatlar zamanı saxlanılıblar. Onlar Türkiyəyə “turist”, “qonaq”, “tibbi müayinə”, “ticarət” məqsədi ilə gəldiklərini deyiblər.

Lakin araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər Türkiyəyə İŞİD-ə qoşulmaq məqsədilə gəlib, buradan da Suriyaya getmək istəyiblər.

Saxlanılanlar arasında Rusiya, Türkmənistan, Əfqanıstan, İngiltərə, Somali, Çeçenistan, ABŞ və Fransa vətəndaşları da olub.

Saxlanılanlar öz ölkələrinə geri qaytarılıblar. R.Oruczadənin Azərbaycana geri qaytarılandan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb-saxlanılmadığı haqda heç bir məlumat verilmir.

Xatırladaq ki, bu günədək Suriya və İraqda döyüşlərdə iştirak etmiş bir neçə azərbaycanlı ölkəyə geri qayıdarkən hava limanında saxlanılıb.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR