Sumqayıtda hava

Hadisə

Sumqayıtlı dünya çempionu narkotikdən ölüb (FOTO)

Sumqayıtlı dünya çempionu narkotikdən ölüb (FOTO)


Azərbaycanın güləş üzə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.

Bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu bildirilir. Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Onun idman nailiyyətlərinə gəlincə, Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998), Yeniyetmələr arasında Dünya çempionu (Danimarka-1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002) olub.

AzVision.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR