Sumqayıtda hava

Faydalı

Adını tarixə yazdıran azərbaycanlı xanımın hünəri

Adını tarixə yazdıran azərbaycanlı xanımın hünəri


Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınları vardır. Əsrlər, qərinələr keçir, lakin bu qadınların xidmətləri nəinki unudulmur, hətta gələcək nəsillər üçün örnək olur. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmayıb.

Onlar özlərinin nəcib, ülvi hisslərini kağıza köçürüb şeirlər, romanlar yazmış, gözəl mahnılar bəstələmiş, şöhrəti dünyaya yayılan xalçalar toxumuş, Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş və hətta dövlət işlərində yaxından iştirak etmişlər. Azərbaycan qadınları arxa cəbhədə də gecə-gündüz işləmiş və yarıac-yarıtox qalaraq cəbhəyə köməklik göstərmiş, qəiəbənin qazanılmasında əhəmiyyətli rol oynamışlar.

Faşizm üzərində qələbədə bütün qoşun növləri ilə yanaşı, aviasiyanın da özünəməxsus rolu olmuşdur. Həmin cəsur şahinlərin tərkibində azərbaycanlı pilotların da xüsusi xidmətləri vardır. Onlardan Hüseynbala Əliyev, Adil Quliyev, Məzahir Abbasov və qadın təyyarəçilərdən Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova, Sona Nuriyeva və başqaları hava döyüşlərində iştirak edərək şücaət göstərmişlər.

Azərbaycanın ilk qadın təyyarəçilərindən biri də Züleyxa Seyidməmmədova olmuşdur. O, 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Mirhəbib ağa dini təhsil almış, həm də dünyəvi ali məktəbdə oxumuşdur. Mühasib olan Mirhəbib ağa məşhur xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. O, Hacının vəsaitini nə qədər və necə xərclədiyini qəpiyinədək hesablayır, hər ayın sonunda Tağıyevə məlumat verirdi. Sovet hökuməti quruldaqdan sonra yeni yaranmış hökumət Mirhəbib ağanın Tatarski (indiki Əlimərdan bəy Topçubaşov) küçəsindəki ikimərtəbəli evini və 1915-ci ildə Şüvəlanda tikdirdiyi bağ evini əlindən alır. Mirhəbib ağa da, ailəsi də həmin bağı çox sevirdilər. Ən çox da körpə övladı, od parçası Züleyxa xanım... Çünki burada balaca qızcığaz genişliyə çıxır, arabir evlərinin üstündən uçan təyyarələri görəndə çiçəyi çırtlayırdı. Qollarını təyyarə kimi açıb həyətdə dövrə vurur, sanki quş kimi süzürdü. Dəcəlliyindən, inadkarlığından nə qədər dilxor olsalar da, ata-anası yenə də ona güvənir, gələcəyinə inanırdılar. Züleyxa xanım oxuduğu 16 saylı məktəbdə dərs əlaçısı idi. Valideynləri onun ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər.

Ancaq günlərin bir günündə...

Züleyxa Həbib qızı 1935-ci ildə Bakı aeroklubunu, 1936-cı ildə Əzizbəyov adına Azərbaycan Sənaye Universitetini, 1941-ci ildə isə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirmişdir. O, ikinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Təyyarəçilər aramsız uçuşlarla düşmənin yerləşdiyi ərazilərdə aerodromları, ordu hissələrini və texnikanı bombalayıb məhv etməklə qələbəni yaxınlaşdırmışlar.

Nəhayət, 9 may 1945-cı il Qələbə günü!

Bütün sovet ölkəsində olduğu kimi, hər bir azərbaycanlı ailəsində də bu tarixi gün sevinclə qarşılanmışdır.

Züleyxa Seyidməmmədova göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilmişdir. O, 1946-1952-cı illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışmış, 1952-1975-ci illərdə Azərbaycan SSR-in İctimai təminat naziri olmuşdur.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qadınlar həmişə irəli çəkilmiş və məsul vəzifələrdə şərəflə işləmişlər. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qadınlar haqqında söylədikləri fikirlər onların əməyinə verilən ən böyük qiymətdir:
"Mən dünyanın çox yerini gəzmişəm, qadınlarını görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir. Bu mənim həqiqi fikrimdir və mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin, heç bir yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz".

Hər bir xalqın gələcəyi öz tarixi üzərində qurulur. Züleyxa Seyidməmmədova kimi qəhrəman qadınlarımız bizim şanlı-şərəfli keçmişimiz, gələcək qələbələrimizin rəhnidir.

Adını tarixə yazdıran azərbaycanlı xanımın hünəri


Adını tarixə yazdıran azərbaycanlı xanımın hünəri


Adını tarixə yazdıran azərbaycanlı xanımın hünəri

anl.az





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR