Sumqayıtda hava

Elan

"Autizm və reabilitasiyası" tədbiri keçiriləcək

"Autizm və reabilitasiyası" tədbiri keçiriləcək


2 Aprel tarixi Beynəlxalq Autizm günüdür. Aprel ayı da Autizmin maarifləndirmə ayı olunduğundan, əsas məqsədlərimizdən biri də peşəkar mütəxəssislər vasitəsi ilə insanları maarifləndirməkdir. Aprel Autizm Maarifləndirmə ayını həyata keçirən təşkilatçılar "Birgə və Sağlam" İB, "Lider Qadınlar" İB, Azərbaycan Respublikası Səhiyyə Nazirlinin İctimai Səhiyyə və İslahatlar Mərkəzidir.
Maarifləndirmə məqsədi ilə Türkiyədən dəvət etdiyimiz müətxəssislər sizləri Autizm sindromu haqqında maarifləndirəcək və suallarınıza cavab verəcəklər.
1. Prof.Nahit Motavali Mukaddes: - Həm uşaq və gənc, həm də yetkin psixiatriyası üzrə mütəxəssisdir. 1994 -2013-ci illər arasında İstanbul Tibb Fakültəsində müəllim olaraq vəzifə yerinə yetirmişdir. "Autizm Spektrum Pozğunluğlar: Tanı və Müalicəsi" adlı kitabın müəllifidir. Seminarda da "Autizm sindromunun müalicəsindəki vacib nüanslar" haqqında danışacaq.

2. Dr. Sabri Hergüner: - Uşaq və gənc psixiyatriyası üzrə mütəxəsisdir. İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsini bitirmişdir. Hal-hazırda isə Necmettin Erbakan Universiteti Meram Tibb fakültəsində çalışır. "Autizmin erkən göstəriciləri" mövzusu haqqında məlumat verəcək.

3. Uğur İbrahim Altay: - Konya Selçuklu Bələdiyyə rəhbəri. Dövlət qurumlarının autizm sindromlu uşaqlara və onların ailələrinə dəstəyinin vacibliyindən və görülən işlərdən bəhs edəcək.

4.Prof.Dr. Mehmet Ata Öztürk: - Orta Şərq Texnik Universitetində "Bədən tərbiyəsi və idman təhsili" üzrə bakalavr, Florida Universitetində "Bədən tərbiyəsi müəllimi" üzrə magistr, İndiana Universitetində isə "Bədən tərbiyəsinə adaptasiya" mövzusunda Ph.D üzrə təhsil almışdır. Seminar müddətində "Autizm və İdman" istiqamətində öz mühazirəsini təqdim edəcək.

Mühazirə 6 Aprel.ş saat 15:00-18:00 - də Hilton Otelində keçiriləcək.

İştirak ödənişsizdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR