Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda gənclər "QİÇS - ə Yox" dedilər

Sumqayıtda gənclər "QİÇS - ə Yox" dedilər

Sumqayıtda gənclər "QİÇS - ə Yox" dedilər

Sumqayıtda gənclər "QİÇS - ə Yox" dedilər

Bu gün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Bölməsinin birgə təşkilatçılığı ilə QİÇS-lə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Məqsəd gənclər arasında QİÇS-ə qarşı maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə diqqətin artırılmasıdır.

Tədbirdə Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və QAC Sumqayıt Bölməsinin baş təlimatçısı Lamiyə Ağayeva Ümumdünya QİÇS-lə Mübarizə Günü barədə geniş məlumat verib, XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan birinin də bu xəstəlik olduğunu vurğulayıblar. Qeyd olunub ki, ölkəmiz də QİÇS-lə mübarizədə bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gücləndirir.

Könüllü gənclər Ülviyyə Abulova və Jalə Məmiyeva tərəfindən göstərilən foto təqdimatda isə təhlükəli xəstəlik olan QİÇS-in yaranmasından, yayılma səbəblərindən, qorunma yollarından və müalicə profilaktikası üsüllarından danışılıb.

İştirakçılara məlumat xarakterli bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR