Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

Dekabrın 6-də "Azərikimya” İstehsalat Birliyində "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasına start verilib.

Qurumun Mətbuat Xidmətindən "Yenisumqayit.az"a bildirilib ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və 2 gün davam edən qanvermə aksiyasının ilk günündə Birliyin Etilen-polietilen zavodundan könüllü müraciət etmiş 200-ə yaxın kimyaçı müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 110 nəfərindən qan götürülüb. Aksiyanın ikinci günündə isə Təmir-tikinti İdarəsinin və "Azərikimya” İB-nin baş ofisinin əməkdaşları minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada iştirak edib və 100 nəfərdən artıq işçi qan verib.

Bununla da 2 gün ərzində "Azərikimya” İB üzrə 220 nəfərə yaxın kimyaçı bu xeyirxah aksiyada iştirak edərək, talassemiyalı xəstələr üçün qan verib.

Qanvermə aksiyasında "Karbamid” zavodunun əməkdaşları və respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin bir qrup könüllüsü də iştirak edib.

"Yenisumqayit.az"

 

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR