Sumqayıtda hava

Cəmiyyət

SDU tələbələri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirildi

SDU tələbələri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirildi

SDU tələbələri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirildi

SDU tələbələri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirildi

Dekabrın 3-də Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş Universitetin fakültələrarası bilik yarışı təşkil edilib. Baş İdarədən "Yenisumqayit.az"a bildirilib ki, yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, gəncləri intellektual fəaliyyətə cəlb etmək, bu sahədə bilik və bacarıqlarını artırmaq, mövcud intellektual bazalarını genişləndirmək, sağlam elmi rəqabət mühiti yaratmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Tədbirdə çıxış edənlər - Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, SDU-nun TGT-nin sədri Nicat Hüseynov və sədr müavini Eldar Müzəffərov Ulu Öndər Heydər Əliyevin həmişə gənclərə güvəndiyini, onlara etimad göstdiyini, gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu və günümüzdə bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, iştirakçılara uğurlar arzulayıblar.

"Nə? Harada? Nə zaman?" formatında keçirilən bilik yarışında ümumilikdə 48 nəfər olmaqla 8 komanda iştirak edib. Yarışmanın sonunda Filologiya fakültəsinin komandası I, Tarix və Coğrafiya II, İqtisadiyyat və İdarəetmə fakültəsinin komandası isə III yeri tutub.

Qalib komandalar Baş İdarənin diplom, kubok, medal və hədiyyələri ilə təltif edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR