Sumqayıtda hava

Elan

“Mən bir ağac əkmişəm” layihəsi davam edir - QEYDİYYAT

“Mən bir ağac əkmişəm” layihəsi davam edir - QEYDİYYAT

Əziz Gənclər.
Prezident yanında Gənclər Fondunun dəstəyilə icra olunan "Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində keçiriləcək növbəti təlimlərimizin tarixləri barədə məlumatı Sizlərə təqdim edirik.
14.12.2016-cı il tarixində Zoologiya muzeyində Səbinə Bünyətovanın təqdimatında "Azərbaycan faunasının müasir vəziyyəti, onun biomüxtəlifliyinin tədqiqi və qorunması istiqamətində görülən işlər” mövzusunda növbəti təlim baş tutacaq. Təlimdə iştirak edən iştirakçıları qeyd olunan gün saat 15:00-da Bakı Ali Neft Məktəbinin qarşısında xüsusi avtobus gözləyəcək.
17.12.2016-cı il tarixində Ümumdünya Təbiəti Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin Əlaqələr və Əməkdaşlıq üzrə meneceri, AMEA-nın Zoologiya İnstitutunun kiçik elmi işçisi Sevinc Saruxanovanın təqdimatında "Azərbaycanda ətraf mühitin mühafizəsi” mövzusunda olacaq növbəti təlimlərimizə Sizləri dəvət edirik.
Layihə çərçivəsində sonuncu təlim 17.12.2016-cı il tarixində baş tutacaq. Dünyanın bir çox ölkəsində Azərbaycan elmini uğurla tanıdan Sevinc xanım ətraf mühitin mühafizəsinə aid biliklərini Sizlərlə paylaşmağa gələcək.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Bu məqsədlə təlimlərdə davamlı iştirak əsas şərtdir.
Təlimlərdə iştirak ödənişsizdir.
Hər birinizin iştirakını səbirsizliklə gözləyirik. İştirakınızı təsdiq etmək üçün yenilikcimail.ru ünvanına yazmağınızı və hər hansı sualınız olarsa 050 257 11 85 telefon nömrəsinə zəng etməyinizi xahiş edirik.
Hörmətlə, Əfqan Bəylərli
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR