Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin izdihamlı anım günü

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin izdihamlı anım günü

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin izdihamlı anım günü

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin izdihamlı anım günü

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin izdihamlı anım günü

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib. Şəhər İH-nin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların əməkdaşları, veteranlar, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Dövlət himni səsləndirilib, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın coşğun inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışlarında iştirak edib.

Sumqayıt bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, regionun sənaye mərkəzinə çevrilir.

Mərasimin sonunda ehsan süfrəsi açılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR