Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda gənclərin peşə bacarıqlarının artırılması layihəsi başladı

Sumqayıtda gənclərin peşə bacarıqlarının artırılması layihəsi başladı

Sumqayıtda gənclərin peşə bacarıqlarının artırılması layihəsi başladı

Sumqayıtda gənclərin peşə bacarıqlarının artırılması layihəsi başladı

Dekabrın 10-da Sumqayıt şəhərində Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” İB tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilib. Baş İdarədən "Yenisumqayit.az"a bildirilib ki, layihə çərçivəsində ilk təlim "Jurnalistika” mövzusunda keçirilib. Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Rəşad Yunusov layihənin əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsində texniki - peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, sahələr üzrə ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu bildirib.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxışında gənclərin müvafiq peşə yönümlü təlimlərə cəlb edilməsinin, onların bilik-bacarıqlarının artırılmasının, peşə yönümlü işlə təmin edilmə imkanlarının genişləndirməsinin Dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib.

Təlim "168 saat" qəzetinin baş redaktoru Vüsal Məmmədov tərəfindən keçirilib. V. Məmmədov interaktiv metodla keçən təlim zamanı işirakçılara press reliz və məqalə yazılışı, düzgün redaktə barədə məlumat verib. Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində region gəncləri üçün video, foto çəkiliş, bloqçuluq, internet texnologiyalarından səmərəli istifadə, İKT texnologiyaları, şəbəkə çəkilişi və dizayn - proqramlaşdırma istiqamətində də təlimlər təşkil olunacaqdır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR