Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt idmançılarının uğurları - ŞAHMAT, VOLEYBOL, CÜDO

Sumqayıt idmançılarının uğurları - ŞAHMAT, VOLEYBOL, CÜDO

Sumqayıt idmançılarının uğurları - ŞAHMAT, VOLEYBOL, CÜDO

Sumqayıt idmançılarının uğurları - ŞAHMAT, VOLEYBOL, CÜDO

ŞAHMAT ÜZRƏ MƏKTƏBLİLƏRİN DÜNYA BİRİNCİLİYİNƏ YEKUN VURULDU

Cari ilin 2-12 dekabr tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində keçirilən şahmat üzrə yeniyetmələr arasında Məktəblilərin Dünya birinciliyində çıxış edən Sumqayıt şahmat məktəbinin yetirməsi Murad İbrahimli 9 mümkün xaldan 7.5 xal toplayaraq Dünya birinciliyinin gümüş medalına layiq görülmüşdür.

SUMQAYIT VOLEYBOLÇULARI ÖLKƏ ÇEMPİONU OLDU

 

Noyabr ayında İsmayıllı rayonunda İdman Məktəblərinin VIII Respublika oyunlarının proqramına daxil olan 2003-2004-cü il təvəllüdlü qızlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin final mərhələsi keçirilmişdir. Yarışda Bakı, Gəncə, Şəki və Sumqayıt şəhərlərilə yanaşı Göygöl, Qax, Biləsuvar və Kürdəmir rayonlarının komandaları da iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə şəhərin yığma komandası bütün komandalara qalib gələrək Azərbaycan çempionu olmuşlar.

CÜDO ÜZRƏ YENİYETMƏLƏR ARASINDA AZƏRBAYCAN BİRİNCİLİYİNƏ YEKUN VURULDU

 

9-11 dekabr tarixlərində Bakı şəhərində 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparmışdır. Üç gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançıları Kamran Süleymanov (46kq), Vüsal İbrahimov (60kq), Niyal Əzimov (81kq), Adil Kərimli (90kq) oğlanlar arasında, Səbinə Əliyeva (44kq), Fidan Tanrıverdiyeva (70kq) isə qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Nəbi Bayramov (55kq), Nicat İsmayılov (60kq), Toğrul Salmanov (+90kq) oğlanlar arasında, Şahnaz Əsgərova (44kq), Ayşə Hüseynova (57kq), Xədicə Rəşidova (63kq) isə qızlar arasında üçüncü yerə layiq görülmüşlər. Ümumilikdə Ölkə birinciliyindən şəhər idmançıları 12 medal əldə etmişlər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR