Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrında premyera - TEATRIN REPERTUARI

Sumqayıt Dövlət Dram Teatrında premyera - TEATRIN REPERTUARI

Sumqayıt Dövlət Dram Teatrında premyera - TEATRIN REPERTUARI

Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18:00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi "Oğru” tamaşasının premyerası keçiriləcək. Bu barədə "Yenisumqayit.az"a Teatrın Mətbuat Xidmətindən bildirilib.

Komediya janrında yazılmış "Oğru” pyesi 1959-cu ildə qələmə alınıb, elə həmin ildə də nüfuzlu "Avansçena” jurnalının birinci mükafatına layiq görülüb. Əsər dünya teatrları səhnəsində dəfələrlə tamaşaya qoyularaq daha çox məşhurlaşıb. Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük - ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapıb. Onların arasında olan adi məişət münasibəti qadının sevgilisi Dominikin lotoreya ilə böyük məbləğdə pul udması nəticəsində gözlənilmədən kəskinləşir. Hadisələrin gedişi zamanı əsərin baş qəhrəmanı Mişlin böyük məbləğdə pul udmuş sevgilisinin saxta məhəbbətini üzə çıxarır, beləcə əri Kluda olan ailə münasibətini yüksək məcraya yönəldərək sözü gedən pul məbləğindən üstün tutur. Komediyanın sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dillemması müzakirəyə qoyulur, nəyin həqiqət, nəyinsə yalan olduğuna cavab axtarılır. Tamaşada rolları əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, İlahə Səfərova və Vəfa Qurbanova canlandırırlar.

Teatrımızın səhnəsində ötən mövsümdə premyerası uğurla keçən "Hacı Qara” komediyası, azyaşlı tamaşaçılar üçün Azərbaycan xalq nağılı əsasında işlənilən "Cəsurlar” və "Yeni il şənliyi” də təqdim ediləcək.

1. 20 dekabr Saat 18:00 (VI gün) - Marsel Berkye Marinye "Oğru” (premyera)

2. 23 dekabr Saat 10:00, 15:00 (V gün) - Xalq nağılı "Cəsurlar”

3. 24 dekabr Saat 11:00 (VI gün) M.F.Axundzadə "Hacı Qara”

4. 25 dekabr Saat 10:00, 12:00 (Bazar günü) M.F.Axundzadə "Hacı Qara”

5. 27 dekabr Saat 13:00 (II gün) M.F.Axundzadə "Hacı Qara”

6. 28 dekabr Saat 13:00, (III gün) M.F.Axundzadə "Hacı Qara”

7. 29 dekabr Saat 11:00, 13:00, 15:00 (IV gün) - "Yeni il şənlikləri”

8. 30 dekabr Saat 11:00, 13:00, 15:00 (V gün) - "Yeni il şənlikləri”

9. 31 dekabr Saat 11:00, 13:00, 15:00 (VI gün) - "Yeni il şənlikləri”

10. 1 yanvar Saat 11:00, 13:00, 15:00 (Bazar günü) - "Yeni il şənlikləri”

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR