Sumqayıtda hava

Manşet, Cəmiyyət

Qafqaz Universitetində II Qış Elm Festivalı keçirilib

Qafqaz Universitetində II Qış Elm Festivalı keçirilib

Qafqaz Universitetində II Qış Elm Festivalı keçirilib

Qafqaz Universitetində II Qış Elm Festivalı keçirilib

Qafqaz Universitetində II Qış Elm Festivalı keçirilib

Qafqaz Universiteti Tələbə Elmi Cəmiyyəti II Qış Elm Festivalını təşkil edib. Festival keçən il keçirilmiş I Qış Elm Festivalından daha təntənəli təşkil olunub.

Universitetin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a bildirilib ki, ötən ilin dekabrında təşkil edilən "I Qış Elm Festivalı” Fizika, Riyaziyyat, Kimya, Dil və Ədəbiyyat, Mühəndislik, İqtisadiyyat və İdarəetmə, Biologiya sahələri üzrə tələbələrin hazırladığı layihə, eksperiment və nəzəri təqdimatlardan ibarət sərgidir. 2015-ci il dekabr ayının 21-də baş tutmuş sərgidə adları qeyd olunan sahələr üzrə layihələr fərdi və qrup şəklində təqdim olunub. Sərgiyə universitetimizin müəllimləri və tələbələri, orta məktəb şagirdləri həmçinin də digər universitetlərdən bir sıra qonaqlar iştirak edib. Sərgidə iştirak edən tələbələrə stimul olması naminə universitetimizin müəllim kollektivindən seçilmiş münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılıb və fərqlənən iştirakçılar mükafatlandırılıb, həmçinin bütün içtirakçı tələbələrə sertifikatlar təqdim olunub. Qaliblərə mükafatlar rektor və prorektorlar tərəfindən təqdim edilib.

Bu ilki festivalda isə keçən ilkindən fəqli olaraq Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyzmalar İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Akademik Ə.Quliyev Adına Aşqarlar Kimyası İnstitutu, Bakı İstedadlar liseyi və bir sıra orta məktəblər də daxil olmaqla tələbələr öz layihələri ilə müraciət ediblər. Ümumilikdə 100-dən çox layihə nümayiş olunub. Layihələr 7 kateqoriyaya bölünüb: Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat.

Sərginin açılışında lenti kəsən Universitetin rektoru professor Havar Məmmədov qeyd edib ki, "Universitetimiz möhtəşəm bir elm hadisəsinə ev sahibliyi edib və bunun da tələbələrin həm elmə olan marağının artırılması, həm də tələbələrdə motivasiyasının yüksəlməsi üçün çox əhəmiyyətli olacağını düşünürük”. Qafqaz Universiteti həmişə tələbələrin elmi yeniliklərini dəstəkləyib. QUTexnoparkda Startapların həyata keçirilməsi üçün şərait yaradılıb.

Rektor və qonaqlar sərgidə nümayiş olunan layihələri izləyiblər və fikir bildiriblər. Qafqaz Universitetinin "Pİ” kulubunun təqdim etdikləri riyazi metodlar iştirakçıların marağına səbəb olub. Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR