Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Dram teatrı mövsümün ilk premyerasını keçirdi - OĞRU

Sumqayıt Dövlət Dram teatrı mövsümün ilk premyerasını keçirdi - OĞRU

Sumqayıt Dövlət Dram teatrı mövsümün ilk premyerasını keçirdi - OĞRU

Dekabrın 20-də Sumqayıt Dövlət Dram teatrı 48-ci mövsümün ilk premyerasını keçirdi. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tanınmış rejissor Rövşən Almuradlının yozumunda "Oğru” əsəri qüsursuz aktyor oyunu ilə tamaşaçıların, media numayəndələrinin diqqətini çəkə bilib. Komediyanın sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dillemması müzakirəyə qoyulur, nəyin həqiqət, nəyinsə yalan olduğuna cavab axtarılır.

Tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov, aktyorlar İlahə Səfərova, Vəfa Qurbanova, Şəmistan Süleymanlı və Elmir Mehdiyev canlandırır.

Qeyd edək ki, yaxın günlərdə teatrın baş rejissoru əməkdar artist, avanqard traktovkaları ilə heyrətlədirməyi bacaran Firudin Məhərrəmovun quruluş verdiyi "Qan qardaşları” tamaşası öz maraqlı səhnə həlli ilə tamaşaçıların ixtiyarına veriləcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR