Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Azərikimya" İB-də növbəti xeyriyyə aksiyasına yekun vuruldu - FOTOLAR

"Azərikimya" İB-də növbəti xeyriyyə aksiyasına yekun vuruldu - FOTOLAR

"Azərikimya" İB-də növbəti xeyriyyə aksiyasına yekun vuruldu - FOTOLAR

"Azərikimya" İB-də növbəti xeyriyyə aksiyasına yekun vuruldu - FOTOLAR

"Azərikimya" İB-də növbəti xeyriyyə aksiyasına yekun vuruldu - FOTOLAR

Dekabrın 23-də Azərikimya İstehsalat Birliyində növbəti "Mərhəmətli olmağa tələsin" xeyriyyə aksiyasına yekun vurulub.

İB-dən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə çıxış edənlər artıq ənənə halını almış aksiyanın əsas məramından danışaraq, bu aksiyada məqsədin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng qatmaqla onlara sevinc bəxş etmək olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Qeyd olunub ki, aksiyaya noyabrın 16-da 50-yə yaxın idarə və müəssisənin nümayəndələrinin iştirakı ilə Azərikimya İB-nin akt zalında start verilib və nəticə etibarilə bu günkü yekun tədbirdə aztəminatlı ailələrdən olan, bir və hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, həmçinin fiziki qüsurlu 180 nəfər uşağa Azərikimya İB, Etilen-polietilen zavodu, SOCAR-ın Marketinq İdarəsi, şəhər səhiyyə şöbəsi, Unikal və Qəlb klinikaları, şəhər Bələdiyyəsi, Paşa Həyat Sığorta şirkəti, Sumqayıt PFK, Ustay şirkəti, Su-kanal idarəsi, Alyans-textil fabriki və digər müəssisələr tərəfindən təqdim olunmuş müxtəlif təzə və isti qış geyimləri paylanılıb.

Azərikimya İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev tədbirdə çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə edib.

Xeyriyyə tədbiri növbəti ildə də davam etdiriləcəkdir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR