Sumqayıtda hava

Cəmiyyət

Bərdədə “Beyin Həmləsi” şahmat çempionatı başladı

Bərdədə “Beyin Həmləsi” şahmat çempionatı başladı

Bərdədə “Beyin Həmləsi” şahmat çempionatı başladı

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Beyin Həmləsi” Bərdə Şahmat Çempionatına start verilib.

Əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması və eləcə də şahmat idmanının gənclər arasında təbliği olan layihədə 30 nəfər uşaq və yeniyetmə iştirak edir. Layihə rəhbəri Rəvan Məmmədovun verdiyi məlumata görə layihəyə cəlb olunmuş 30 uşaq və yeniyetmənin arasında baş tutacaq çempionat 8 turdan ibarət olacaq. Çempionatın keçirilməsinə Bərdə rayon Şahmat Uşaq Gənclər İdman Məktəbi ilə yanaşı Bərdə rayon Gənclər və İdman İdarəsi də yaxından dəstək olur.

Yarışların keçirilməsinə layihə rəhbəri ilə yanaşı Bərdə rayon Şahmat Uşaq Gənclər İdman Məktəbinin direktoru Əbülfət Məmmədov da daimi olaraq nəzarət edir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR