Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı yazıçı Avropanın nüfuzlu ədəbiyyat mükafatını qazandı

Sumqayıtlı yazıçı Avropanın nüfuzlu ədəbiyyat mükafatını qazandı

Sumqayıtlı yazıçı Avropanın nüfuzlu ədəbiyyat mükafatını qazandı

Sumqayıtlı yazıçı Avropanın nüfuzlu ədəbiyyat mükafatını qazandı

Dekabrın 24-də nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edildi. Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olundu. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis də var.

"Yenisumqayit.az" "168saat.com"a istinadla bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin 2015-ci ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsü ilə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı və İnternational Writers Union təsisatı tərəfindən təsis edilən Moskva Ədəbiyyat Mükafatının komissiyasının yaydığı rəsmi məlumata görə bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub ki, onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşərək, final mərhələsinə vəsiqə qazanıblar. Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşdirib.

Varis Yolçuyev «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub.Xatırladaq ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxıb, Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda «Sankt-Peterburq» kitab mağazasında, eləcə də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində onun təqdimat mərasimləri keçirilib.Moskva Ədəbiyyat Mükafatını qazanan Varis ikiqat sevinc hissi keçirdiyini vurğulayıb. Həm Lev Tolstoy, Fyodr Dostoyevski kimi ədəbiyyat nəhənglərinin vətənlərində təltif olunduğuna görə, həm də mükafata layiq olan əsərin insan-cəmiyyət-təbiət arasındakı düyünlərin açılmasına cəhd edən süjet xəttindən Azərbaycanımızın, Qarabağ həqiqətlərinin mövzu olaraq keçdiyinə görə.

Onu da qeyd edək ki, mükafatlandırılan «Yanvarın 13 günü» kitabı hazırda Rusiyadan başqa Avropa və Amerikada da satışdadır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR