Sumqayıtda hava

Manşet, Cəmiyyət

Qafqaz Universitetində BAYRAM TƏDBİRİ - FOTOLAR

Qafqaz Universitetində BAYRAM TƏDBİRİ - FOTOLAR

Qafqaz Universitetində BAYRAM TƏDBİRİ - FOTOLAR

Qafqaz Universitetində BAYRAM TƏDBİRİ - FOTOLAR

Qafqaz Universitetində BAYRAM TƏDBİRİ - FOTOLAR

Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş "Öndərin arzusu – Bütöv millət” adlı tədbir keçirilib. Universitetdən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə universitetin müəllim tələbə heyəti ilə birlikdə Millət vəkili, professor Musa Qasımlı da iştirak edib.

Universitetin rektoru professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, ildən-ilə geniş vüsət alaraq dünyanın bir çox ölkəsində soydaşlarımız tərəfindən qeyd olunan bayram Ümummulli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nümunələrindən biridir. 2001-ci ildən təşkil olunan Dünya Azərbaycanlılarının qurultayı dövlətimizlə xaricdə yaşayan soydaşlarımızın bir-birini dəstəkləməsinin əyani sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyev xarici səfərlərində orada yaşayan soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır. Soydaşlarımız da ölkə rəhbərinin onlara olan diqqətindən faydalanaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməklə ölkəmizi layiqli təmsil edirlər.

Millət vəkili professor Musa Qasımlı tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Millət vəkili soydaşlarımızın xarici ölkələrə getmələrinin tarixi mərhələlərindən danışıb. Bu bayrama gedən tarixi yolun ümummilli liderimiz Heydər Əliyev tərəfindən sovet dövründən başladıldığını vurğulayan professor hazırda xaricdə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirin bədii hissəsində universitetin mədəniyyət şöbəsinin kordinatoru Vüqar Məmmədov və tələbələrdən ibarət bədii özfəaliyyət qrupları milli mahnı, şeir və rəqslər ifa edərək tədbir iştirakçılarını həmrəyliyimizin möhkəmləndirilməsinə töhvə verməyə səsləyiblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR