Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt bulvarına yaraşmayan mənzərə - FOTO

Sumqayıt bulvarına yaraşmayan mənzərə - FOTO

Bildiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan dərhal sonra Sumqayıt şəhərinin dənizkənarı ərazisində şəhər bulvarının tikintisi işlərinə başlanıldı. Bulvarın baş planı və eskiz layihəsi hazırlandı, sürətli tikinti işlərinə start verildi. Cəmi bir neçə ay ərzində ərazidə genişmiqyaslı tikinti-quraşdırma və yaşıllaşdırma tədbirləri görülərək şəhərin dənizkənarı hissəsində insanların istirahəti üçün yeni və çox gözəl guşə yaradıldı. Öz genişliyi, gözəlliyi, dənizə birbaşa çıxışının olması, yaşıllıq sahələrinin çoxluğu ilə ölkəmizin əksər parklarından seçilən Sumqayıt bulvarı qısa müddətdə şəhər sakinlərinin və qonaqların sevimli istirahət yerlərindən birinə çevrildi. Bütün bu görülən işlər parka istirahət etməyə gələnlər tərəfindən də çox gözəl qarşılanır.
Lakin bulvarda bəzi xidmət sahələrinin mövcud olmaması və yaxud müasir tələblərə cavab verməməsi bulvarın gözəl mənzərəsinə xələl gətirməklə yanaşı sakinlərin də haqlı narazılığına səbəb olur. Sumqayıt şəhər sakini Əli Əlizadə bulvarda zibil qutularının gec-gec təmizlənməsindən şikayətçidir. Belə ki, son bir neçə gündür ki, bulvarda zibil qutularının vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində zibillər ətrafa dağılır. Ərazinin küləkli olması səbəbindən ətrafa dağılan zibillər şəhər ərazisinə də yayılır. Foto dünən gecə saatlarında çəkilib. Oxucumuzun məlumatına görə ərazidəki əksər qutularda da eyni vəziyyət hökm sürür.
Ümidvarıq ki, aidiyyəti qurumlar tezliklə problemi həll edəcəklər.
Qeyd etmək yerinə düşər ki, son zamanlarda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərimizin fəal gəncləri mütəmadi olaraq Bulvarda "Sumqayıt Bizim Evimizdir” devizi altında təmizlik və maarifləndirmə aksiyaları keçirərək əhalini bulvar ərazisini təmiz və səliqəli saxlamağa təşviq edirlər. Şəhərimizi təmiz saxlamaq hər bir vətəndaşın borcudur!
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR