Sumqayıtda hava

Manşet, Cəmiyyət

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Gənclər və İdman Baş İdarəsi, Mədəniyyət və Turizm İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri təşkil edilib.

İdarədən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə çıxış edən şəhər Mədəniyyət və Turzim İdarəsinin rəisi Mehman Şükürov, Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov 2016-cı ilin Sumqayıt şəhəri üçün əhəmiyyətli il olduğunu, Ölkə Başçısı Cənab İlham Əliyevin şəhərimizə növbəti səfəri zamanı gənclərin ictimai fəaliyyəti, asudə vaxtlarının səmərəli təşkili, bacarıq və qabiliyyətlərinin nümayiş etdirə bilmələri üçün bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etdiyini, aidiyyatı üzrə Nazirliklərin, şəhər rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıtda sahələr üzrə bir sıra mötəbər tədbirlərin keçirildiyini qeyd edərək, yeni il münasibətilə iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda M.Bəşirov 2016-cı il ərzində Baş İdarə ilə birgə səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, Polis İdarəsi, Təhsil şöbəsi, Sumqayıt Dövlət Universiteti, Ə.Əliyev adına Tibb Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Bölməsi və Sumqayıt Gənclər Evini hədiyyələrlə təltif edib.

Tədbir gənc və istedadlı müğənnilərin ifası ilə davam edib.

"Yenisumqayit.az"

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdi

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR