Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrı 48 yaşını qeyd edir

Sumqayıt Dövlət Dram Teatrı 48 yaşını qeyd edir

Sumqayıt Dövlət Dram Teatrı bu gün özünün 48 yaşını qeyd edir.

Teatrın yaradıcılıq palitrası yetərincə zəngin və çalarlıdır. Bugün müasir binada gözəl yaradıcılıq şəraitində fəaliyyət göstərən teatrın repertuarı da müxtəlif sosial təbəqələrin, yaş hədlərinin zövqünə, istəyinə uyğun qurulub. Eyni zamanda dövləti, dövlətçiliyi, azərbaycançılığı təbliğ edən, vətənpərvərliyi aşılayan əsər\lər teatrda maraqlı səhnə həlli tapır.

Sumqayıt Dövlət Dram Teatrının uğurları sırasında ayrı-ayrı illərdə qazanılan beynəlxalq festivalların prizləri yer alır.

Xatırladaq ki, ötən ilin əvvəli yenidənqurmadan sonra teatrın açılışı oldu. Prezident İlham Əliyevin bu qayğısı, xüsusi diqqəti yaradıcı heyətə ruh verdi.

Bu il ilaxır çərşəmbəyə təsadüf edən ad günümüz münasibətilə teatrın inkişafına töhvə vermiş hər kəsi, kollektivimizi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR