Sumqayıtda hava

İqtisadiyyat

Yaponiya şirkətinin dəstəyi ilə Sumqayıt TTM-də müasir təlim otağı yaradıldı

Yaponiya şirkətinin dəstəyi ilə Sumqayıt TTM-də müasir təlim otağı yaradıldı

Yaponiya şirkətinin dəstəyi ilə Sumqayıt TTM-də müasir təlim otağı yaradıldı

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılış mərasimi keçirilmişdir.

 

İyunun 14-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində müasir texnologiyalarına görə dünyada tanınmış Yaponiyanın "Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılış mərasimi keçirilmişdir.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci katibi cənab Usuinin və digər rəsmilərin iştirak etdiyi tədbirdə Yokogawa şirkəti - Rusiya nümayəndəliyinin Baş direktoru Vladimir Saveliyevin rəhbərliyi altında 5 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Məlumat verilmişdir ki, bu gün istifadəyə verilən və müvafiq avadanlıqlarla təchiz olunan otaq Avtomatik idarəetmə sistemləri üzrə təlimlərinin aparılması, proqram təminatı, həmçinin CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi məqsədi üçün nəzərdə tutulmuşdur. Təlimlərdə "Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun bu sistemin 2013-cü ildən bəri tətbiq olunduğu Buxar Generator Kompleksində, modernizasiya işləri çərçivəsində "EP-300” qurğusunda Yokogawa şirkəti tərəfindən quraşdırılacaq idarəetmə sistemlərində, həmçinin Heydər Əliyev adına Bakı Neft emalı zavodunun Bitum qurğusunda, "SOCAR-Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen qurğularında çalışacaq mühəndislər və operatorlar iştirak edəcəklər ki, bunda da əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu sahələr üzrə biliklərinin gücləndirilməsidir.

Sonda yaradılmış şəraitə və ödənişsiz əsaslara keçiriləcək təlimlərə görə Yokogawa şirkətinə minnətdarlıq ifadə olunmuşdur.

 

"Azərikimya” İB-yə İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007

İdarəetmə Sistemləri üzrə sertifikatlar təqdim olunmuşdur

 

İyunun 14-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində "Azərikimya” İB-nin beynəlxalq standartlara keçidi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov giriş sözü ilə açmış, tədbirin məqsəd və qayəsi haqqında iştirakçıları məlumatlandırmışdır.

"Azərikimya” İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov «Azərikimya» İB-nin idarə və müəssisələrində

işlərin təhlükəsiz aparılması və istənilən təhlükə potensialının aradan qaldırılması, işçi heyətin heç bir xəsarət almadan işləməsinin təmin edilməsi, ətraf mühitə mənfi təsirin minimuma endirilməsi və həmçinin baş verə biləcək hadisələrin, qəzaların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi "Azərikimya”nın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulamış, İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007 İdarəetmə Sistemlərinin tətbiq olunması vacib bir amil kimi qarşıya qoyulduğunu dilə gətirmişdir.

Bütün bunlar nəzərə alınaraq 2015-cı ilin avqust ayından başlayaraq yuxarıda qeyd olunan beynəlxalq standartların tətbiqi və sertifikatlaşdırılması işlərinin yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılaraq SOCAR-ın Təlim Tədris Mərkəzində təlimlərə cəlb olunmuş, bundan sonra Birliyin siyasəti hazırlanaraq hədəflər müəyyənləşdirilmiş və I və II tərəf daxili audit keçirilmişdir.

Qeyd olunmuşdur ki, cari ilin yanvar ayında müsabiqənin qalibi seçilmiş "Bureau Veritas Azeri” MMC şirkəti tərəfindən "Azərikimya” İB-də III tərəf audit keçirilmiş, aşkar olunan çatışmazlıqlarla bağlı verilmiş təklif və tövsiyələr müşahidə xarakterli olduğu üçün, yerindəcə aradan qaldırılmışdır.

Nəticə etibarilə isə "Azərikimya” İB İSO 9001:2008 Keyfiyyətlə İdarəetmə Sistemi, İSO 14001:2004 Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sistemi, OHSAS 18001:2007 Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarəedilməsi Sisteminə keçidlə bağlı sertifikata layiq görülmüşdür.

Tədbirdə "Bureau Veritas Azeri” MMC şirkətinin Sertifikasiya və tədris üzrə meneceri, baş auditor Cəlal Quliyev tərəfindən hər üç idarəetmə sistemi üzrə sertifikatlar "Azərikimya” İB-yə təqdim olunmuşdur.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR