Sumqayıtda hava

Manşet, Elan

Sumqayıtda müxtəlif VAKANSİYALAR

Vəzifə: Şəxsi Assistent

Şirkət: Sumqayıt Texnologiyalar Parkı MMC

Vəzifə öhdəlikləri:

• Lazımi sorğu məlumatının operativ axtarışı

• İşgüzar görüşlərin və iclasların təşkili

• Kargüzarlıq işinin təşkili

• Verilən tapşırıqların icrası və bu barədə hesabat verilməsi

• Məlumatın təyinatı üzrə ötürülməsi

Vəzifə üzrə tələblər

• Ali təhsil

• Fərdi və komanda ilə işləmək bacarığı

• Yüksək ünsiyyət və müşahidə bacarığı

• Yüksək səviyyəli şifahi və yazılı nitq qabiliyyəti

• Yüksək təşəbbüskarlıq və təşkilatçılıq bacarıqları

• Təzyiqə davamlılıq və zamanı idarəetmə bacarığı

• Dəqiq və sürətli işləmə bacarığı

• Analitik bacarıqlar və geniş dünya görüşü

• Azərbaycan, Rus və İngilis dillərini sərbəst danışmaq

• MS Office proqramları üzrə yüksək biliklər

• Analoji sahədə 2 illik iş təcrübəsi

E-mail: info@stp.az

Son müraciət: 12.07.2017

*****

Vəzifə: Ofis Menecer

Şirkt: Glasstech MMC

Üstünlük Sumqayıt şəhərində yaşayanlara veriləcək

Vəzifənin hədəfi:

Satış meneceri tərəfindən həyata keçirilən satışlar üzrə administrativ işlərin aparılması və səmərəliliyin artırılmasına köməklik göstərilməsi.

Səlahiyyət dairəsi:

• Müştəri tərəfindən gələn zənglərə cavab verilməsi işini həyata keçirir

• Qiymət Təkliflərinin hazırlanmasında köməklik edir.

• Müştərilərdən gələn sifarişləri istehsalat proqramına işləyir.

• Istehsalatla satış arasında əlaqə körpüsü rolunu oynayır.

• Müştəri ilə satış arasında əlaqə körpüsü rolunu oynayır.

• Satış menecerləri üçün müştərilərlə görüş təyin edir və satış menecerlərinə görüşlər barədə xatırlatmalar edir.

• Müştərilər üçün hesabat hazırlayır və göndərir.

• Müştərilərlə yazışmalar aparır və onlara şifahi və yazılı qiymət verir.

• Sürücü və müştəri arasındaki komunikasıyada körpu rolunu oynayır.

• Istehsalat, anbar, planlama ve satış mencerləri arasında körpü rolunu oynayır.

• Qiymət araşdırmasında köməklik edir.

• Satış menecerlərini ofisdə əvəz edir.

Tələb olunan Təcrübə və Qabiliyyətlər:

İş təcrübəsi: Minimum 1 il

Kompüterlə işləmə bacarığı Word, Excel proqramlarını yüksək səviyyədə bilməlidir

Dil tələbləri: Azərbaycan: Əla (yazılı və şifahi), İngilis dili: Orta (yazılı və şifahi), Rus dili: Orta (yazılı və şifahi)

Davranış bacarıqları:

1. Kommunikasiya və Münasibətqurma

2. Planlı və analitik düşüncə tərzi

3. Yaradıcılıq yönümlü düşüncə

4. Təşkilatçılıq bacarığı

5. Yüksək və pozitiv enerji ötürmə bacarığı

Maaş: Müsahibə zamanı müəyyən olunacaq.

E-mail: info@glasstech.az

Son müraciət: 19.07.2017

 

*****

Vəzifə: Şimal Bölgə Filialının Satış üzrə Baş Mütəxəssisi

Şirkət: AXA Mbask

Namizədə tələblər:

• Ali təhsil

• Yerli və ya xarici şirkətlərdə satış üzrə baş mütəxəssis kimi ən azı 3 il iş təcrübəsi olan (üstünlük sığorta sahəsində çalışanlara veriləcək)

• Azərbaycan dili və rus dili (mükəmməl səviyyədə), ingilis dili (orta səviyyədə)

• Gülərüz, müştəri yönəmli, sosial və ictimai təbdirlərdə fəal iştirak edən olmalı

• Kompyuter proqramlarını tələb olunan səviyyədə bilməli

• Professional səviyyədə müştərilərlə əlaqə yaratma bacarığına və inandırma qabiliyyətinə malik olan olmalı

• Sərbəst şəkildə müştəri cəlb etmək qabiliyyəti olmalı

• Müştəri bazası olan namizədlərə üstünlük veriləcək

• Peşəkar, məsuliyyətli, prinsipial, dürüst və dəqiq olmaq, eləcə də məxfiliyi qorumaq qabiliyyəti

• Sürücülük vəsiqəsi olması vacibdir

Əsas Vəzifə Öhdəlikləri:

1. Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan sığorta məhsul və xidmətlərin korporativ növlərini təşviq edir;

2. Mövcud olan korporativ müştərilərlə əlaqələri möhkəmləndirir və potensial müştərilərə korporativ məhsul və xidmətləri təklif edir;

3. Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyini təmin etmək üçün keyfiyyətli xidmət göstərir;

4. Mövcüd korporativ müştərilərlə əlaqələri dəstəkləyir, yaxşılaşdırır və potensial müştərilər arasında şirkətin məhsul və xidmətlərini irəlilədir;

5. Sığorta müqavilələrinin müştərilərə vaxtı-vaxtında verir, müştərilərə sığortanın xırdalıqları və şərtləri barədə tam təlimatlandırır;

6. Korporativ departament rəhbərinin göstərişi ilə digər işləri yerinə yetirir.

Ə/h : razılaşma yolu ilə

CV-ləri Şimal Bölgə Filialının Satış üzrə Baş Mütəxəssisi mövzusu ilə career@axambask.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət: 13.07.2017

Jobsearch.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR