Sumqayıtda hava

Manşet, İqtisadiyyat

BP şirkəti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığın davamlı olmasında maraqlıdır

BP şirkəti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığın davamlı olmasında maraqlıdır

Bu gün BP şirkətinin nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında olub.Öncə qonaqlara STP haqqında ümumi məlumat verilib. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.Daha sonra STP-nin baş direktoru Emin Məmmədovun da iştirakı ilə geniş tərkibli görüş keçirilib. İki şirkət arasında əlaqələr müzakirə olunub. Qonaqlar "Şahdəniz-2” layihəsində STP-nin iştirakını xüsusi vurğulayıblar və bu cür əməkdaşlıqların davamlı olmasında maraqlı olduqlarını bildiriblər.Baş direktor da çıxışı zamanı əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qonaqların diqqətinə çatdırıb. O, qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır.Görüşdən sonra BP şirkətinin nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün müəssisələri gəziblər. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb."Yenisumqayit.az"

BP şirkəti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığın davamlı olmasında maraqlıdır

BP şirkəti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığın davamlı olmasında maraqlıdır

BP şirkəti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığın davamlı olmasında maraqlıdır

BP şirkəti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığın davamlı olmasında maraqlıdır





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR