Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Tacikistan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında

Tacikistan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında

Tacikistan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında

Tacikistan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında

Ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozodanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı bilgi verilib.

Qeyd edilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 13 zavod və 25-dən artıq istehsal sahəsi işə salınıb. Qısa bir zamanda layihə əsasında daha bir neçə müəssisə də istifadayə veriləcək.

Fəaliyyət göstərən zavodlar, istehsal prosesi ilə yaxından tanış olan nümayəndə heyəti STP-nin Kabel zavodunun istehsal etdiyi ifrat yüksək gərginlikli kabellərə xüsusi maraq göstərib.

Tacikistanlı nazir müəssisənin iş prosesini maraqla izlədiklərini və Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını, gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacib olduğunu bildirib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR