Sumqayıtda hava

Elan

Satış məsləhətçisi axtarılır - SUMQAYITDA

Satış məsləhətçisi axtarılır - SUMQAYITDA

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Satış Məsləhətçisi (Sumqayıt)

Tələblər:

• Yaş: 18 yaşdan yuxarı

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır

• Satış təcrübəsi arzu olunandır, lakin vacib deyil

• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı

• Satış qabiliyyəti olmalı

Vəzifələr:

• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək.

• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək.

• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

• Həftədə 6 iş günü, 1 gün istirahət

• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı

• Karyera yüksəlişi imkanı

Qeyd: İş yeri Sumqayıt şəhərində yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində "Satış məsləhətçisi (Sumqayıt)” qeyd edərək öz CV-lərinizi hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 2017.08.18

jobsearch.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR