Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda uğurlu biznes quran gəncin UĞUR HEKAYƏSİ

Sumqayıtda uğurlu biznes quran gəncin UĞUR HEKAYƏSİ

Azərbaycanda çox az sayda öz biznesini quran uğurlu gənc iş adamları var.

"Yenisumqayit.az" bizplus.az-a istinadla gənc yaşlarında öz biznesini qurmuş iş adamlarıdan birinin qısa uğur hekayəsini sizə təqdim edir.

Elvin Dadaşsoy 1990-cı ildə Quba rayonunun Susay kəndində anadan olub. Kitabxanaçı ailəsində doğulduğu üçün uşaqlığında minlərlə kitab oxuyub.

2008-ci ildə 2-ci ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarında 700 bal toplayıb və yüksək nəticəsinə görə dövlət tərəfindən evlə mükafatlandırılıb.

Tələbə kimi iş fəaliyyətinə könüllülükdən başlayıb. 2009-2010-cu illərdə könüllü olaraq ingilis dili müəllimi kimi dərslər deyib, daha sonra isə təhsil aldığı akademiyada tərcüməçi kimi çalışıb.

2010-2011-ci illərdə marketing meneceri kimi işə başlayıb və top menecerə qədər uğurla irəliləyib. 4-cü kursda "Cazibə Qüvvəsi” fərdi inkişaf jurnalında redaktor müavini kimi çalışıb.

Hərbi xidmətdən sonra biznes fəaliyyətinə başlayıb, bankdan aldığı kreditlə Best Friends Təhsil və Karyera Mərkəzini təsis edib. 2014-cü ildə isə məktəbəqədər hazırlıq mərkəzi olan Panda School brendini yaradıb. Hazırda Panda School-un Sumqayıt, Bakı, Abşeron (Masazır), Qusar və Yevlaxda 7 filialı vardır. Müəssisələrdə 100-dən çox azərbaycanlı çalışır.

2017-ci ilin iyulunda isə fərqli sahədə yatırım edən E.Dadaşsoy "Phi Gallery” adlı gözəllik qalareyasını təsis edib.

Elvin Dadaşsoy həmçinin fərdi inkişaf və biznes yönümlü təlimlər verir. Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisidir. Ailəlidir, 1 övladı var.

Ən böyük arzusu bizneslərində 100 000 azərbaycanlını işlə təmin etməkdir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR