Sumqayıtda hava

Cəmiyyət

Namiq MƏMMƏDLİ - 50 - Bu da belə bir ömürdü

Namiq MƏMMƏDLİ - 50 - Bu da belə bir ömürdü

Namiq MƏMMƏDLİ -50

Bu da belə bir ömürdü

Avqustun 5-də tanınmış jurnalist-"Ekspress” qəzetinin əməkdaşı Namiq Məmmədlinin 50 yaşı tamam olacaq. Bu barədə o özü redaksiyamıza müraciət edib:

"Artıq yarım əsr arxada qalıb. Bu yarım əsrdə Azərbaycan jurnalistikasının inkişafı üçün əlimdən gələni etdim. İstər kriminal, istərsə də mədəniyyət sahəsi üzrə yazdığım yazılara damğa vurdum. Nə ev, nə mükafat üçün dava etmədim. "Heç bir mükafatın yetmədi mənə, bircə sasğolun da bəsimdi Vətən” yazan dahi Məmməd Arazın bu misralarını özümə şüar seçdim. İndən belədə heç kimdən heç nə ummayacağam. Maraqlanan da, maraqlanmayan da sağ olsun. Bircə onu bilirəm ki, özəl yazılar yazmaq üçün çox əzab-əziyyət çəkmişəm. Əvəzində isə qəpik-quruş almışam. Ömür qısa-olduğu üçün deyirəm ki, bu da belə bir ömürdü yaşadım. Ruhun şad olsun dahi Məmməd Araz yenə sənin misralarından istifadə elədim. Ən böyük hakim Allahdır. Allahın nəzərinin üstümdə olmasını hər zaman istəyirəm.

Əsas odur ki, öz mənliyimi, şəxsiyyətimi qorudum. Kiminsə işinə qarışmadım, bəziləri kimi burnumu lazım olan, olmayan yerə soxmadım. Mərdiməzarçılıq edib kiminsə evini yıxmadım. Kiminsə haqqını yemədim, kiminsə haqqına girmədim.

Çox istərdim ki, yaradıcı insanlara ölümünə yaxın yox, vaxtında qiymət versinlər...”

Namiq MƏMMƏDLİ

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR