Sumqayıtda hava

Cəmiyyət

Məşhur sumqayıtlı kimyaçı Zülfi Sadıxovun 75 yaşı tamam olur!

Məşhur sumqayıtlı kimyaçı Zülfi Sadıxovun 75 yaşı tamam olur!

Məşhur sumqayıtlı kimyaçı Zülfi Sadıxovun 75 yaşı tamam olur!

Məşhur sumqayıtlı kimyaçı Zülfi Sadıxovun 75 yaşı tamam olur!

Məşhur sumqayıtlı kimyaçı Zülfi Sadıxovun 75 yaşı tamam olur!

Bu gün - avqustun 3-də məşhur sumqayıtlı kimyaçı Zülfi Sadıxovun 75 yaşı tamam olur!

 

O, Azərbaycanın nüfuzlu istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, SSRİ-nin "Əlaçı kimyaçısı" və "Əlaçı səmərələşdiricisi"dir. 50 il - 1962-ci ildən 2012-ci ilə qədər Sumqayıtın kimya sənayesində, əsasən keçmiş «Kimyasənaye» İstehsalat Birliyinin ("Ximprom"un) ən ağır sahələrində çalışıb.

Hələ çox gənc ikən, 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik kauçuk zavodunda çilingər kimi içə başlayan Zülfi heç bir il keçməmiş - 21 yaşında özünün ilk və həm də istehsalat üçün çox qiymətli olan, ağır əl əməyini - iş yoldaşlarının fiziki qüvvə tələb edən işini xeyli yüngülləşdirən, onları yorucu zəhmətdən azad edən ilk səmərələşdirmə təklifini vermişdi. Müəssisədə çalışdığı sonrakı illərdə texniki yaradıcılığını davam etdirərək, bilavasitə istehsalata tətbiq edilən 300-ə qədər səmərələşdirmə təklifi vermiş və 5 texniki ixtiranın müəllifi olmuşdur.

Bir istehsalatçı-kimyaçı kimi onun ən böyük uğuru Birliyin 1-ci Sulfanol istehsalatı ilə bağlı olub. Və o qədər bağlı olub ki, hətta rəhbərlik etdiyi istehsalatda vaxtilə iki aya kimi davam edən əsaslı təmir zamanı yalnız bir dəfə işdən "tez" - gecə saat 11-də evə getmişdi və bütün zavod bir-birinə dəymişdi ki, Zülfi hardadır və bunu ona irad tutmuşdular. Çünki o, işin çoxluğundan və gərginliyindən) bütün təmir müddətində evə heç vaxt gecə saat 12-dən tez qayıda bilmirdi (təmirə 2000-ə qədər adam, o cümlədən Moskvadan, SSRİ Kimya Sənayesi nazirliyi tərəfindən 800-dən çox mütəxəssis fəhlə və mühəndis cəlb edilmişdi və təmirçilərin işlərinin koordinasiyası məhz onun - istehsalat rəisinin üzərinə düşürdü).

Təmir gedə-gedə Zülfi Sadıxovun işin xeyrinə olmaqla layihədə ekspromt olaraq etdiyi dəyişikliklərin, tətbiq etdiyi yeniliklərin, səmərələşdirmə təkliflərinin sayəsində əsaslı təmir vaxtından tez və keyfiyyətlə başa çatdırılmış, məhsuldarlıq xeyli artmışdı. Təsadüfi deyildi ki, o, həmin vaxt bir qrup həmkarları ilə birgə respublika Dövlət mükafatına layiq görülmüşdü.

Bəli, Sumqayıtın kimya sənayesinin inkişafında Zülfi Sadıxovun xidmətləri olduqca böyükdür. Və elə böyük ki, ona hətta iki dəfə "Sosialist Əməyi Qəhrəmanı" adı da vermək olardı, ancaq heç bir dəfə də verilmədi. Bu da "yuxarılar"la yox, daha çox "zavoddaxil qısqanclıqla" bağlı idi. Lakin ən əsası odur ki, ARDNŞ rəhbərliyinin təqdimatı ilə o, iki il əvvəl ölkə rəhbəri tərəfindən 50 illik zəhməti ilə qazandığı yüksək qiymətini ala bildi - Prezident təqaüdünə layiq görüldü!

Bu gün Zülfü Sadıxovun şərəflə yaşanmış ömrünün 75 ilinin bayramıdır. Və bütün Sumqayıt kimyaçıları, dostlar-tanışlar, doğmalar onu təbrik etməyə tələsirlər. O, bu cür diqqətə və hörmətə layiq zəhmətkeş adam, gözəl insandır.

Təbrik edirik, hörmətli yubilyar! Möhkəm can sağlığı və ömür "marafonu"nu 100 yaşadək davam etdirməyinizi arzu edirik!

 

Rəhman ORXAN

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR