Sumqayıtda hava

Manşet, Hadisə

14 yaşlı Sumqayıtlı qızcığaz Türkiyədə köməksiz qalıb - BİGANƏ QALMAYAQ

14 yaşlı Sumqayıtlı qızcığaz Türkiyədə köməksiz qalıb - BİGANƏ QALMAYAQ

Dəyərli dostlar, əziz soydaşlarımız 14 yaşlı Fidan balamızın – Fidan Rauf qızı Ömərovanın Sizin dəstəyinizə və yardımınıza çox ehtiyacı var.

İstərdik ki, Fidanın (ümumiyyətlə, bu ailənin) üzücü və ağrı-acıyla dolu həyat hekayəsini Fidanın anası Gülbəniz Cahangir qızı Ömərovanın öz dilindən eşidəsiniz:

- 20 oktyabr 1999-cu il təvəllüdlü oğlum Kənan 25 aprel 2017-ci il tarixində - 17 yaşında qanında anadangəlmə "tez-tez residivləşən trombositopenik purpura” xəstəliyi ilə dünyasını dəyişdi. Kənan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mexanika fakultəsinin birinci kurs tələbəsi idi.

Qardaşını itirmiş yeganə övladım - 14 yaşlı qızım Fidanı Türkiyədə yaşayan qohumlarımız bu acıdan bir müddət uzaq tutmaq üçün özləri ilə İstanbula apardılar. İstanbulda qəflətən halı pisləşən Fidanı qohumlarımız İstanbul Mədəniyyət Universiteti Göztəpə Eyitim və Araşdırma xəstəxanasına yerləşdirmək məcburiyyətində qalırlar. Onun qanında da qardaşında olduğu kimi trombositin normadan çox aşağı olduğu aşkarlanr. Xəstəxanada 8 gün müalicə olunduqdan sonra vəziyyəti stabilləşən Fidanın xəstəxanadan çıxışı zamanı təqdim olunmuş sənədlərdə 45 621 (qırx beş min altı yüz iyirmi bir) TL (türk lirəsi) ödənilməsinin lazım olduğu bildirilir (təxminən 23 000 AZN).

Ailəmiz bu məbləği ödəmək iqtidarında deyil. Mən özüm SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin İdarəetmə aparatında xadimə işləyirəm və orta aylıq əmək haqqım 271 manat təşkil edir. Həyat yoldaşım Ömərov Rauf Səməd oğlu şəkərli diabet xəstəliyindən əziyyət çəkir və bu səbəbdən də işləyə bilmir. Yəni ailəmizin dolanışığı mənim aldığım 271 manatladır. Ona görə də fakturada göstərilən müalicə haqqını ödəməyimiz qeyri-mümkündür. Həyatda yeganə ümidim olan Fidanı da itirmək qorxusu məni çox narahat edir.Övladın necə əvəzolunmaz varlıq olduğunu, övlad itkisinin can yanğısı verdiyini Sizə yazmağım artıqdır. Göydə Allaha, yerdə Sizlərə sığınıram. Allahın verdiyi balalarımdan biri əlimdən getdi. İkinci balamı da itirməyə imkan verməyin. Sizdən xahiş edirəm Fidana köməklik göstərəsiniz. Tələb olunan vəsaiti İstanbul Mədəniyyət Universiteti Göztəpə Eyitim və Araşdırma xəstəxanasına ödəyə bilmədiyimiz üçün qızım Fidanın Türkiyə Respublikasından çıxışına qadağa qoyulub. Xəstəxana məsrəflərinin ödənilmədiyi müddətcə Fidanın Azərbaycana gətirilməsi mümkünsüzdür deyirlər. İkinci dəfə halı pisləşsə borcun ödənilmədiyindən ona yardım edilməyəcəyi qorxusu məni dəli olmaq həddinə çatdırır. Sizdən acizanə surətdə xahiş edirəm, mənim balama kömək olun. Allah hec bir ananı övladıyla imtahana çəkməsin. Acizanə şəkildə yalvarıram, kömək edin ki, 14 yaşlı Fidanım qardaşının aqibətini yaşamasın. Mənim balamı düşdüyü bu bəladan qurtarmaqda mənə yardım edin.

Belə bir dar məqamda dünyagörmüş insanlardan biri mənə dedi ki, ən etibarlı dayaq xalqdır, millətdir, sənin əhatəsində olduğun insanlardı, ürəyində xeyirxahlıq, mərhəmət hissi gəzdirənlərdir... Hərə bir damcı su atsa atəşin sönməsi mütləqdir. Ona görə də sən bir bank hesabı aç, qoy bu qəbildən olan insanlar sənə azdan az, çoxdan çox dayaq olsunlar. Mən də Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında hesab açdırdım.

Dəyərli və yardımsevər insanlardan, sayt rəhbərlərindən xahiş edirəm ki, bu müraciətin saytlarında yerləşdirilməsində, daha geniş yayılmasında, daha çox insanlara çatmasında mənə kömək olsunlar.

Dərin hörmət və minnətdarlıq hissi ilə, Fidanın anası Gülbəniz Cahangir qızı Ömərova.

Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22, mənzil 13

Əlaqə nömrəsi: 018 655 79 44; 055 373 46 48

"Yenisumqayit.az"

14 yaşlı Sumqayıtlı qızcığaz Türkiyədə köməksiz qalıb - BİGANƏ QALMAYAQ

14 yaşlı Sumqayıtlı qızcığaz Türkiyədə köməksiz qalıb - BİGANƏ QALMAYAQ

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR