Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qarşılayır

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qarşılayır

Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi başa çatıb, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. Avqustun 15-dən 25-dək isə bütün ali məktəblərdə tələbələrin qeydiyyata alınması nəzərdə tutulur.

Sumqayıt Dövlət Universitetində də I kursa qəbul olan tələbələrin qeydiyyata alınması prosesi davam edir. Sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. Universitetdə Sənəd Qəbulu Komissiyası yaradılıb. Burada I kurs tələbələrinin qeydiyyata alınması və sənədləşmənin düzgün aparılması məsələsinə nəzarət həyat keçirir.

Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən universitetin internet səhifəsində yerləşdirilib. Universitetdə fəaliyyət göstərən 7 fakültənin dekanları, dekan müavinləri və əməkdaşları tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər. Yaradılan şəraitə görə də tələbə-gənclər və onların valideynləri qeydiyyatın yüksək səviyyədə təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür edirlər.

Hazırda beş mindən çox tələbə və magistrantın təhsil aldığı universitetin hər üç korpusunda təmir işləri və genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib. Universitetin əsas tədris binasının fasadı dəyişdirilərək yeni görkəm alıb. Bu da öz növbəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə böyük stimul verir.

SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan intellektual və kreativ qüvvəyə malik gənclərimizi və onların valideynlərini səmimi qəlbdən təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır.

"Yenisumqayit.az"

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qarşılayır

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qarşılayır

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qarşılayır





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR