Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Venera” körpələr evində maarifləndirmə tədbir keçirilib

“Venera” körpələr evində maarifləndirmə tədbir keçirilib

Avqustun 16-da Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 63 №-li "Venera” körpələr evi-uşaq bağçasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Regional Mərkəzdən "Yenisumqayit.az"a bildirilib ki, məqsəd müəllim və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, bağçanın müəllimələri və uşaqlar iştirak edib.

"Fövqəladə halların təsnifatı”, "Zəlzələ zamanı necə davranmalı”, "Sel və daşqın zamanı nə etməli”, "Məişətdə yanğın zamanı davranış qaydaları”, "Odsöndürən balonlardan istifadə”, "Dəm qazı”, "Çimərliklərdə təhlükəsizlik qaydaları” və "112” qaynar xətti” mövzularında məlumat verilib.

Suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

"Yenisumqayit.az"

“Venera” körpələr evində maarifləndirmə tədbir keçirilib

“Venera” körpələr evində maarifləndirmə tədbir keçirilib

“Venera” körpələr evində maarifləndirmə tədbir keçirilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR