Sumqayıtda hava

Faydalı

Uşaqlarda iki dillilik problemi - NƏ ETMƏLİ ?

Uşaqlarda iki dillilik problemi - NƏ ETMƏLİ ?

İki dilli balacaların nitq ləngimələri üçün istiqamətlər

İki dillilik problemi;

Günümüzün problemlərindən və valdeynlərin şikayətlərindən, biri də, iki dillilik problemidir.

Şikayətlər, əsasən, bu yöndədir;

Ana bildirir: Uşağım, danışa bilmir və 2 yaşı var. Uşağım, daha çox evdə yalnız mənlə kontakta olur. Mən, rus dilində danışıram. Uşağımla da, bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba Azərbaycan dilində danışır. Uşağımın danışmasında problemi olduğu üçün, loqopedə müraciət etmişik. Uşağım, hər iki dildə, arada, sözlər deyir.

Mən nə etməliyəm?

Hansı dildə, bağçaya və loqopedə aparmalıyam ?

Və, bu halda, mənim məsləhətim, o olur ki, umumiyyətlə, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə, hansı dil üstünlük təşkil edirsə, uşağa, həmin dil öyrədilməlidir. Çünki, dil, irsi deyil, irqidir. Mütəxəssis kimi, məsləhətim, uşağın dili açılıb, nitqi formalaşana kimi, bir dil seçimi etmək məsləhətlidir. Əgər, ata, ana rus dilli, lakin, nənə, baba Azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki, ailəniz, iki dillidir və uşağınızın nitqində, bu problem yarada bilər, nitqinə mənfi təsir edə bilər. Əslində, nitqin inkişafı normal gedən uşaqlarımızda, bu problemlə rastlaşmırıq. Lakin, bəzi uşaqların nitqindən isə, ailədə iki dilli olmaq, təsirsiz ötüşmür.

Bəs, bu halda nə etməli ?

Əgər, siz, ailənizdə, iki dil istifadə edir və hər bir istifadə etdiyiniz sözləri, uşağınıza başa salırsınızsa, tərcümə edirsinizsə, siz, doğru yoldasınız.

Əgər, yuxarıda göstərildiyi kimi, ana, rus dilli, digər, ailə fərdləri Azərbaycan dilində danışırsa (və ya əksinə) bu zaman, uşağın, bağça və ya loqopedi Azərbaycan dilində olması məsləhətlidir (və ya əsinə). Ancaq, bir məsələ var ki, əgər, uşaqla, 2 il müddətində, rus dilində danışılıbsa, onu tam yığışdırmaq olmaz. Çünki, istəsək də edə bilmərik, bacarmarıq. Uşağın nitqində, mütləq ki, rus dilli sözlər qalır. Uşaq ya salam verəndə, ya sağollaşanda və ya dərs müddətində, mütləq, rus dilli sözləri, istifadə edəcəkdir. Ona görə də, həmin anda, uşağın istifadə etdiyi sözləri, ona,

tərcümə edərək, başa salaraq, möhkəmləndirmək lazımdır. Əgər, bu şəkildə yanaşsaq, uşaq, hər iki dili də öyrənəcək, möhkəmləndirəcək. Məs; uşağa, kökü göstərdikdə, морковь deyirsə, ona, bunu həm kök, həm морковь kimi öyrətmək lazımdır və hər dəfə, uşaq, морковь dedikdə, onu başa salaraq, bunun, rus dilində olduğunu, demək lazımdır.

Bəs, evdə valideynlər nə etməlidilər ?

Məhz belə hallarda, Mən, şəxsən, hər bir valideynə, tapşırığım, bu yöndə olur ki, uşağın nitqi açılıb, formalaşana kimi, mümkün dərəcədə, Azərbaycan dilində danışsınlar (və ya əksinə ailədə hansı dil üstünlük təşkil edirsə rus dili üstünlük təşkil edirsə rus dilində və ya həmçinin ingiis dilində və s.). Əgər, uşaq, danışmağa başladıqda, rus dilində sözlər deyirsə və ya siz valideynlərindən, rus dilində söz eşitdiyi zaman, onu yönləndirməyə çalışın, başa salın ki, bu eşitdiyin rus dilidir və bu söz bu anlama gəlir. Bəzən, valideynə elə gəlir ki, "əşi, uşaqdır, o, nə başa düşür." Amma, bu adi görünsə də, diqqət edilməsi gərəkən məqamlardır. Çünki, edilmədikdə, mənfi nüanslar yaradır.

Uşaqlara əlavə dilin öyrədilməsi tərəfdarıyam. Uşaqlarımızın, qida və geyimindən tutmuş, təhsili və həmçinin, sosial bacarıqlarını, ən yaxşı şəkildə, təmin etmək, hər bir valideynin vəzifəsi və istəyidir. Sadəcə, çalışmalıyıq ki, diqqət edək uşaqlarımızın nitqinə. Çünki, günümüzdə nitq problemi yaşayan övladlarımızın sayı artmaqdadır. Bu səbəblə hər bir nüansa diqqət etmək önəmlidir. Yəni, əgər, ailədə, iki dildən istifadə edirsinizsə, uşağınızın nitqinə diqqət edin, onu müşahidə edin. Ləngimə hiss etdiyinizdə, müəyyən dərəcədə köməklik göstərsəniz, qarşısını ala bilərsiniz. Ləngimə hiss etdiyiniz an (həmçinin də uşağınız danışmağa başlayanda) ona tərcümə edərək, hər iki dildən istifadə etsəniz, uşağın nitqiylə bağlı, problem yaşamayacaqsınız. Lakin, bu təbii ki, mütəxəssis kimi məsləhət gördüyüm, alternativ variantdır. Yəni, bu o demək deyil ki, iki dil istifadə etmək lazımdır. Yenə də, mütəxəssis olaraq, məsləhətim, məqsədyönlü olaraq, uşağın nitqi açılıb, formalaşana kimi, bir dildən istifadə etməkdir.

Loqoped: Bəsirə Pənciyeva

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR