Sumqayıtda hava

Elan

SUMQAYITDA İŞ VAR - Kompressor qurğularının maşinisti

SUMQAYITDA İŞ VAR - Kompressor qurğularının maşinisti


Vakansiyanın adı Kompressor qurğularının maşinisti (Sumqayıt şəhəri)
Vakansiyanın elan tarixi 21.08.2017
Son müraciət tarixi 25.08.2017
Müəssisənin adı Karbamid Zavodu
Ödəniş növü Saatlıq maaş
Əməyin ödənilmə dərəcəsi 5 - 6
Vəzifə maaşının məbləği 2.74AZN - 3.05AZN
Əlavə ödənişlər yoxdur
İş yerinin ünvanı Sumqayıt şəhər, Səməd Vurğun küçəsi,86
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal
Təhsil İstiqaməti Ümumi  
Tələb olunan minimum təhsil səviyyəsi Orta
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 2 ildən yuxarı; 
Tələb olunan kompüter bilik səviyyəsi
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •Kompressor stansiyasının bütün avadanlığının işinə nəzarət etmək;
•Məhsul istehsalının texnoloji prosesini tənzimləmək;
•Kompressor, mühərrik və turbokompressorları işə salmaq və iş rejimini tənzimləmək;
•Kompressorların səmərəli iş rejimini təyin etmək və saxlamaq;
•Mühərriklərin, kompressorların, cihaz, köməkçi mexanizmlər və digər avadanlıqların sazlığına nəzarət etmək;
•Kompressor mexanizmlərinin hərəkət edən hissələrini yağlamaq və soyudulması prosesini aparmaq;
•İstehsalçı zavod tərəfindən texniki nəzarət və xidmət təlimatlarına uyğun xidmət aparmaq;
•Kompressorların işində olan nasazlıqları aşkar etmək, aradan qaldırmaq və onun qoruyucu və nəzarət qurğularının işinə nəzarət etmək;
•Ötürücü mühərriklərə xidmət etmək;
•Qəza və sərf baklarına yağı doldurmaq və boşaltmaq;
•Daxili yanma mühərriklərinin soyudulma sistemində və yağ tutumlarında sərf səviyyəsinə nəzarət və lazım gəldikdə əlavə etmək və ya dəyişdirmək;
•Mütəmadi yağ analizləri üçün nümunə götürmək;
•Kompressor stansiyası avadanlığının təmiri üzrə defekt cədvəllərini tərtib etmək;
•Kompressor, maşın və mexanizmlərin işi barədə hesabat-texniki sənədləri aparmaq;
•5-ci dərəcəli çilingərin ixtisası səviyyəsində kompressor qurğularını təmirin etmək.
Bilməlidir •Müxtəlif tipli və sistemli kompressorların, turbokompressorların və güc avadanlıqlarının kinematik sxemini, quruluşu və konstruksiyasını, daxili yanma mühərriklərinin, buxar maşınlarının, buxar turbinlərinin və elektrik mühərriklərinin, köməkçi mexanizmlərin, mürəkkəb nəzarət-ölçü cihazlarının, aparat və armaturların quruluşunu və konstruktiv xüsusiyyətlərini;
•Buxar kəmərlərinin, boru kəmərlərinin, armaturların və kompressor stansiyasının çənlərinin yerləşmə sxemini;
•İşlərin tənzimlənməsi və avadanlıqların tədric edilməsi üçün avtomatik qurğuların sxemini;
•Xidmət edilən kompressorların əsas texniki xüsusiyyətlərini;
•Elektrik enerjisinin və sıxılmış havanın və ya qazların istehsalına lazım olan materialların sərf normalarını, xidmət edilən aqreqat birləşmələrinin qızdırılma temperaturunu;
•Artıq qızdırılma hallarının qarşısının alınması və mexanizmlərin yağlanması üçün yağların növünü və markasını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilk tibbi yardım, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.


Tələb olunan digər bilik və bacarıqlar
Son müraciət tarixi 25.08.2017
careers.socar.az/VacView?Vid=13579





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR