Sumqayıtda hava

Elan

SUMQAYITDA İŞ VAR - Mühəndis-texnoloq

SUMQAYITDA İŞ VAR - Mühəndis-texnoloq

"Sumqayıt Texnologiyalar Parkı" MMC Kabel zavodunun Texnologiyalar şöbəsinə Mühəndis-texnoloq vəzifəsinə işçi axtarır.

Namizədlər vakansiya üzrə aşağıdakı şərtlərlə tanış olub müraciət edə bilərlər:

Vəzifə öhdəlikləri:

• Mühəndis-texnoloq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;

• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını təşkil edir;

• Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;

• Məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir;

• Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;

• Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirdir;

• Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;

• Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s. təşkil edir;

• Müəssisələrin yenidən qurulması, yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanmasını təşkil edir;

• İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;

• Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.

 

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;

• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;

• Azərbaycan dili sərbəst, İngilis və Rus dilləri orta səviyyədə olması arzuolunandır;

• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

• ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyinin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı olmalı;

• Müəssisədə məhsul istehsalının texnologiyası, layihənin sistem və metodları, müəssisə sahələrində istehsalın texnoloji hazırlığının təşkilini bilməli;

• Texniki sənədləşməni işləyib hazırlmaq və rəsmiləşdirmək üçün lazım olan təlimat, əsasnamə və digər rəhbər materiallar barədə məlumatlı olmalı.Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında

• Müəssisə tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə

• recruitment@stp.az

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR