Sumqayıtda hava

Cəmiyyət

Liman Klinikasında uğurlu əməliyyat

Liman Klinikasında uğurlu əməliyyat

Bu günlərdə "LİMAN” klinikasında ümumi cərrah Dr. Həsən Mərdiyevin rəhbərliyi ilə uğurlu əməliyyat həyata keçirilib. Xəstəlik haqqında Sizə ətraflı və dolğun məlumat veririk.

Mioma nədir və nə vaxt əməiyyata ehtiyac duyulur?Uşaqlığın mioması - uşaqlığın divarından yetişməmiş miositlərindən inkişaf edən xoşxassəli şişdir. Bu törəməni sayı bir və daha çox ola bilər. Ölçüləri dəyişəndir. Mioma ya uşaqlığında divarında yerləşir, yaxud nazik ayaqcıqla kənara çıxır. Mioma böyüyüb ətraf toxumları sıxmadığı müddətdə simptomsuz olur, yəni heç bir əlamətlə özünü biruzə vermir. Ayaqcıq üzərində olan miomalar bəzən burulur, bu zaman əmələ gələn düyünə qan getmir, nəticədə təcili əməliyyat tələb edən kəskin ağrılar başlayır.

Miomalar adətən 30-45 yaşlarında rast gəlinir. Menapauza dövründə isə onlar kiçilə, bəzən də yoxa çıxa bilərlər.

Təbiətən xoşxassəli olan miomalar nadir hallarda bədxassəli formaya keçə bilir. Fibromioma uzun müddət stabil ölçülərini saxlamağa qadirdir. Həmçinin, ləng və sürətlə inkişaf edə, hətta olduqca sürətlə də böyüyə bilər.Yerləşməsinə görə uşaqlığın dibində, cismində və boynunda rast gəlinir.

Əgər sizdə miomaların hər hansı növü aşkarlanıbsa, həyəcanlanmadan müraciət edin. Sağlamlığınıza diqqət edin. Hər bir qadın öz sağlamlığının memarı olmalıdır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR