Sumqayıtda hava

Manşet, Cəmiyyət

Üzgüçülük üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən olundu

Üzgüçülük üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən olundu

Avqustun 27-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Paralimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli”nə həsr olunmuş üzgüçülük üzrə 2003-2004; 2005-2006; 2007-2008-ci il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib. Yarışda 40 nəfərdən artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.

Birinciliyin açılış mərasimində çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Pərviz Cəmilov Ölkə Başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti və fədakarlığı sahəsində bədən tərbiyəsi və idman sahəsinə göstərilən dövlət qayğısı, yaradılan şərait, respublikamızda keçirilən Beynəlxalq əhəmiyyətli tədbirlər, Gənclər və İdman Nazirliyi və müvafiq Federasiyaların birgə fəaliyyəti ilə əldə olunan nailiyyətlər, bu sahənin şəhər İcra hakimiyyəti rəhbərliyinin də daim diqqət mərkəzində saxlamasından, Sumqayıt idmançılarının qazandığı uğurlar barədə geniş məlumat verib.

Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Leyla Abduləzizova (50 m sərbəst üsul), Selcan Oruclu (50 m sərbəst üsul) qızlar, Nihad Yusibov (50 m sərbəst üsul), Murad Nəcəfquluzadə (50 m sərbəst üsul), Əli Səfərəlizadə (50 m sərbəst üsul) və Nihad Yusibov (100 m qarışıq üsul) isə oğlanlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR