Sumqayıtda hava

Faydalı

Uşaqlar üçün Adlandırma oyunları

Uşaqlar üçün Adlandırma oyunları

Bu oyunlar, daha çox, autizm sindromlu, sosial ünsiyyət pozuntusu, nitq ləngiməsi, daun sindromlu uşaqlar üçün, istifadə oluna bilər.

Valideynlər daha çox soruşurlar ;

Evdə, uşağıma, mənə müraciət etməsini, necə öyrədə bilərəm?

Başqa, şəxslərin adlarını, necə öyrədə bilərəm?

Adlandırma oyunlarından biri də ;

"Mama oyunu" – dur.

Əziz valideynlər, uşaqlarınıza, kömək edin, sizin adınızı desin və sizə müraciət etsin. Oyun, "mama oyunu" adlanır. Bunu, belə adlandırıram. Çünki, mən, adətən, terapiya sessiyası ərzində, anayla və onun uşağıyla işləyirəm.Çünki, mamalar(Analar) daha çox, bir sözü, daha tez, eşitmək istəyirlər. Mama(Ana) deyərək, uşaqları, onlara, müraciət etsin, mama(ana) desin. Oyunun adını isə, ona görə, ana, yox, mama adlandırıram ki, ana demək üçün, ağız artikulyasiyası, üç hərəkət yerinə yetirir. Lakin, mama deyərkən, ağız artikulyasiyası, iki hərəkət yerinə yetirir. Ona görə də, uşaqlara, mama demək daha asan gəlir. İş təcrübəmdən deyə bilərəm ki, uşaqlar mama deyə müraciəti, daha tez öyrənirlər. (Lakin, bəzən, bəzi valideynlər, uşaqlarının ana deməsini istədikdə isə, valideynlərin istəyinə uyğun olaraq, ana deyə öyrədilir. Amma, mama, sözü xüsusilə də, eyni, dodaq samitlərinin təkrarlanmasından, ibarət olduğuna görə, uşaq üçün, mama demək çox asan olur.) Əslində, bu oyunla biz, başqasının adlarını da, öyrədə bilərik. Bu oyunda, istifadə etdiyimiz, bir təlimat, "mamanı çağır", və ya, kimi öyrədiriksə, "ata çağır", "əmi çağır" və s. Uşaq, bir şəxsi, öyrənmədikcə, ikinci şəxsi, öyrətməyə, çalışmayın!

Oyun, uşaq çarpayısında, yerdə, qapı bağlı otaqda aparılır.

Əgər, oyunu, uşaq çarpayısında, aparırsınızsa, bu zaman, mama gizlənir. Çarpayının altında və ya aşağıya doğru əyilməlidir ki, uşaq onu görməsin. Və, uşaq mamasını (anasını) görmür.Uşaq, mamasını çağırır. Və, mama (ana), gizlənərək, səsiylə,uşağa kömək etməlidir. Maaaamaaaa, maaaaamaaaaa, maaaaaaaaaaaa, maaaaaaaaaaaaaaaa, mama və mama sözünü deyərkən, emosional, musiqili, əyləncəli şəkildə deməlidir ki, uşaq, qorxmasın. Bunun, oyun olduğunu, anlasın.

Əgər, bu şəkildə, oyunu oynasanız, uşağınız da, sizinlə birlikdə, təkrar edəcək, səsinizi axtarmağa başlayacaq. Ona, maraqlı gələcək, əylənəcək, güləcək.

Oyunu, istər yerdə, istərsə də, çarpayıda oynaya bilərsiniz. Uşağınız, təbii ki, siz, yeni oynamağa başladıqda, dərhal, sizi, təkrarlamayacaq. Lakin, siz, oyun partnyoru olaraq, onu, buna, təhrik etməlisiniz. Və, gizləndiyiniz zaman, bunu vaxtla edəcəksiniz. 15saniyədən başlayaraq, 1, 2 sonra 5 dəqiqə və daha sonra, daha da, ciddiləşdirərərək, uşağınız, tam şəkildə, sizə, mama deyənə qədər, davam etdirməlisiniz. (yəni, bu oyunu, o qədər, oynayacaqsınız ki, hər gün, oynadıqca, artıq, uşaq başa düşəcək ki, siz, ondan mama deməsini istəyirsiniz və demədikcə, otaqdan çıxmayacaqsınız(bunu oyunun6, 7 və sonrakı günlərində edin etdikcə ciddiləşdirin). Çalışın ki, uşağın, çox sevdiyi yemək və ya əşya da ola bilər. Bunu seçin, bu oyundan sonra, otaqdan çıxdıqda, onu, mükafatlandırın və deyin ki, sən, mama oyununu, çox qəşəng oynadın. Sən, mama dedin. Sən danışa bilirsən. Mama deyə bilirsən. Və, sən, bunu qazandın. (Məsələn, qatarı sevirsə qatarı verin, sürsün. və s) Əgər, birdən birə, uzunmüddətli gizlənsəniz, uşağınız oyunu başa düşməyəcək. Çünki, hələ uşaqdır, həm də problemlidir. Nə etdiyinizi, anlamayacaq və effektsiz olacaq, təsiri olmayacaq. Uşağınız, sizə, mama deməyəndə belə, o demiş kimi onu mükafatlandırın. Daim, ünsiyyətə, təhrik edin. Lakin, olduqca, ustalıqla bunu edin ki, uşaq, başa düşməsin, anlamasın ki, o, deməyib, siz, onu, mükafatlandırmısınız, yəni, həmin anda, o, sizə, səs belə, desə, o zaman, sən, mama dedin deyərək, sən qəşəng danışırsan, danışa bilirsən deyərək, mükafatlandırın ( o bilməməlidir ki, səs deyib, mükafat alıb. Əgər, sizin məqsədiniz, səs almaqdırsa, mükafatlandıranda, sən, səs dedin, mən sənə qatar verirəm. Amma, bu oyunda, məqsədimiz, mama deməsi olduğu üçün, o, səs də desə, sən, mama dedin, deyərək, mükafatlandırmalıyıq).

Bu zaman, siz, uşağınızı, necə, mükafatlandırmalısınız?

Sən çağırdın, mama dedin deyərək, gizləndiyiniz yerdən tez çıxın, onu qıdıqlayın, qucaqlayın, öpün. Mama burdadı deyərək, mama sözünü, musiqiylə, oxuyun, hətta, birlikdə hoppanın.

Lakin, onu da qeyd edim ki,uşağı bezdirmək olmaz. Hərgün, müxtəlif zamanlarda, vaxt ayırın və o vaxt müddətində, bu oyunu, təşkil edin. Oyun zamanı, uşağınızın diqqətini, topaya bildinizsə, siz, qəhrəman bir valideynsiniz və müsbət nəticə sizinlədir! İrəli ! Lakin, oynadıqca, hiss edəcəksiniz ki, çox təkrardan, uşaq sıxılır və oynamaq istəmir. Bu zaman, onu, məcbur etməyin, oyunu bitirin və bunu yüksək

səslə deyin. Bizdə, mama oyunu qurtardı. Uşaq anlamamalıdır ki, siz, ona tabe oldunuz və o, yoruldu deyə, oyunu bitirdiniz.

Lakin, hər zaman, diqqət etməlisiniz ki, oyunu təşkil etdiyiniz otaqda qapı bağlı olsun. Çünki, uşaq, yeni oyuna başladıqda, sizə tabe olmaya və otaqdan çıxmaq istəyə bilər.Bu zaman, siz, daim, tam pozitiv şəkildə, onu, müşahidə etməli və onu oyunla, emosialarınızla, oyuna, oyunla ünsiyyətə, dəvət etməlisiniz. Onu da qeyd edim ki, oyuna, uşağınızın, müraciət etməsini istədiyiniz, istənilən, şəxsi, dəvət edə bilərsiniz. ( yaxın qonşularınız belə daxil olmaqla ) Bunu da, yaddan çıxartayın ki, bu oyunu, oynadıqda, və ya, kimin adını deməsini, kimə müraciət etməsini, istəyirsinizsə, həmin şəxs, ya otağın kənarında, ya qapının arxasında, ya uşağın çarpayısının altında, gizlənməlidir ki, uşaq, çağırmağı, öyrənsin, müraciətin nə demək olduğunu, anlasın.

Loqoped : Bəsirə Pənciyeva

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR