Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt İdmançılarının UĞURLARI

Sumqayıt İdmançılarının UĞURLARI

Karate. 16-17 sentyabr 2017-ci il tarixlərində İsveçrənin Bazel şəhərində 8-ci "Basel Open Masters” beynəlxalq karate turniri keçirilmişdir. Milli komandanın üzvü beş qat dünya, 13 dəfə avropa çempionu, "Bakı 2015” Avropa Oyunlarının və "Bakı-2017” 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Sumqayıt karate məktəbinin yetirməsi olan Rafael Ağayev (-75 kq) yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Taekvondo. 16-17 sentyabr 2017-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Taekvondo üzrə gənclər (2000-2003 oğlan və qız) arasında "Koreya səfiri kuboku” keçirilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda şəhər idmançılarından qızlar arasında Fəridə Rzayeva (44 kq) hamıdan güclü olaraq birinci yere layiq görülmüşdür.

Ruslan Seyidov (-55 kq), İmran Köçərili (-59 kq), Hafiz Əliməmmədov oğlanlar arasında, Fidan Abdullayeva isə qızlar arasında yarışın bürünc medalına sahib olmuşlar.

Cüdo. 15-17 sentyabr 2017-ci il tarixlərində Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilmişdir. Bu mötəbər yarışda milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt idmançısı Gültac Məmmədəliyeva (48 kq) yarışın bürünc medalına layiq görülmüşdür.

Sərbəst güləş. Yunanıstanın paytaxtı Afina şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə Dünya çempionatı keçirilmişdir. Dünyanın ən güclü yeniyetmələrinin qatıldığı yarışda Sumqayıt güləş məktəbinin yetirməsi Aişən Yusifova (40 kq) çempionatın bürünc medalına sahib olmuşdur.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevdə yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt güləş məktəbinin yetirməsi Yasəmən Məcidli (43 kq) yarışı bürünc medalla başa vurmuşdur.

"Yenisumqayit.az"

Sumqayıt İdmançılarının UĞURLARI

Sumqayıt İdmançılarının UĞURLARI

Sumqayıt İdmançılarının UĞURLARI

Sumqayıt İdmançılarının UĞURLARI





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR